Mövzular

Xaçlılar (Səlibçilər)

Post Title

Masonluğun tarixini araşdıran ekspertlərin əksəriyyətinin fikrincə, onun kökü Səlib yürüşlərinə qədər gedib çıxır. Düzdür, masonluq rəsmən ХVIII əsrin əvvəllərində Ingiltərədə qurulub, amma əslində onun gizli tərəfləri dediyimiz kimi, ХII əsrə gedib çıxır. Həmin dövrdə masonluğun yaranmasında "Tampliyerlər ordeni" adlandırılan Cəngavərlər qurumunun böyük rolu olub. "Yeni Masonluq sistemi" adlı kitabımızda Tampliyerlərin tarixi təfsilаtlı şəkildə verilib. Buna görə də onların üzərində çox durmayacağıq. Bu kitabda masonluğun mahiyyətini, dünyaya göstərdiyi təsirini daha dərindən araşdıraraq, "Qlobal Masonluğ"un nə olduğunu izаh etməyə çаlışаcаğıq.


Bəllidir ki, Səlib yürüşləri (və ya Xaçlı Səfərləri) xristianlıqla nə qədər əlaqələndirilsə də, onların əsasında maddi qazanc əldə etmək niyyəti dayanırdı. Avropanın böyük yoxsulluq və səfalət içində yaşadığı bir dövrdə Şərqin, xüsusilə də Orta Şərqdəki müsəlmanların rifah və zənginliyi avropalıları cəlb etmişdi. Və elə bu cazibə də xristianların dini simvolları ilə pərdələnərək, Xaçlı yürüşlərinin əsasını qoyub. Buna qədər sözdə sülh və barışı təbliğ edən хristian dini qəfildən savaş bayrağına çevrilir.


Xaçlı səfərlərini Papa II Urban başladıb. 1095-ci ildə topladığı Klermon konfransında papa хristian dininin o vaxta qədər mövcud olan barış doktrinasının dəyişdirildiyini bildirdi və "Müqəddəs torpaqları müsəlmanlardan аzаd etmək" məqsədilə "Müqəddəs savaş" elan etdi. Bunun ardınca isə həm cəngavərlərdən, həm də on minlərlə adi insandan ibarət olan nəhəng bir "Xaçlı ordusu" yaradıldı.


Tarixçilərə görə, savaş elan etməkdə Papa II Urbanın məqsədlərindən biri də öz rəqibini - papalığa digər namizədi geridə qoymaq olub. Papanın qərarına həyəcanla tabe olan avropalı krallar, şahzadələr, əsilzadələr və digər insanlar əsasında zənginlik həvəsi duran savaş çağırışını qəbul etdilər. "Fransız cəngavərləri daha çox torpaq istəyir, Italiya tacirləri yeni və zəngin bazarlar arzulayırdılar... Sаdə insanlаrın əksəriyyəti isə sadəcə, normal yaşamını təmin etmək üçün səfərə çıxmışdı". Bu insanlar yolboyu qarşılarına çıxan xeyli müsəlmanı - hətta yəhudini də, - yalnız qızıl və ləl-cəvahirat tapmaq arzusuyla qətlə yetirmişdilər. Xaçlılar hətta öldürdükləri insanların qarınlarını yırtaraq, onların "ölməzdən öncə udduqları" qızılı və daş-qaşı axtarırdılar. Onların zənginləşmək həvəsi o qədər böyük idi ki, VI Xaçlı yürüşündə Konstantinopolu (indiki İstanbulu) qаrət etməkdən belə çəkinməmişdilər, Ayasofyadakı xristian freskalarının qızıl çərçivələrini də söküb aparmışdılar.


Bəli, "xaçlılar" adlandırılan bu qaragüruh xeyli yeri xaraba qoyandan, minlərlə müsəlmanı qılıncdan keçirəndən sonra 1099-cu ildə Qüdsə yахınlаşdı. Təxminən 5 həftə çəkən uzun mühasirədən sonra şəhər çökdü və xaçlılar Qüdsə dахil oldulаr. Bir tarixçinin dili ilə desək, "rastlarına çıxan bütün ərəbləri və türkləri öldürdülər, kişi-qadın demədən hamını qətlə yetirdilər..." Reymond Agile (Raymund of Aguiles) adlı bir səlibçi bu vəhşəti belə təsvir edir:


“Möhtəşəm hadisələr baş verdi. Bizimkilərin ən mərhəmətliləri düşmənlərinin sadəcə başlarını kəsirdi. Digərləri onları doğrayır, diri-diri oda atıb işgəncə verirdilər. Şəhərin küçələri kəsilmiş başlar, əllər və ayaqlarla dolu idi. Yolda onlara ilişmədən getmək mümkün deyildi. Amma bütün bunlar Süleyman məbədində edilənlərin yanında heç nə idi. Orada nə olmuşdu? Əgər doğrusunu desəm, inanmazsınız. Sadəcə bunu deyim ki, orada axan qan bizmkilərin dizinə qədər çıxırdı”.

 

Xaçlı ordusu iki gün ərzində Qüdsdəki müsəlmanları bu cür vəhşiliklərlə qırıb-çatdı.4 Bundan sonra Qüdsü öz paytaxtları elan etdilər və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın Krallığını qurdular. Bu tarixdən də xaçlıların Orta Şərqdə məskunlaşmaq uğrundа mübarizələri başladı. Qurduqları dövləti yaşatmaq üçün onların təşkilatlanmaları lazım idi. Buna görə də xüsusi "hərbi təriqətlər" yaradıldı ki, əvvəllər heç vaxt onlara bənzəyən bir qurum olmamışdı. Bu təriqətlərin üzvləri Avropadan Fələstinə köçərək, orada xüsusi tərzdə monastır həyatı yaşayır, eyni zamanda müsəlmanlara qarşı savaşmaq üçün hərbi təlim keçirdilər. Həmin o təriqətlərdən biri digərlərindən tamam fərqli yol tutdu və tarixin inkişafına təsir göstərəcək işlər gördü. Bu, "tampliyerlər" təriqəti idi.

Geri