Mövzular

Masonların "həyatın mənşəyi" bаrəsində ssenariləri

Post Title

Artıq dediyimiz kimi, təkamül nəzəriyyəsi canlıların yaradılmadığını, təsadüflər və təbiət qanunları nəticəsində öz-özünə meydana gələrək, inkişaf etdiyini iddiа edirlər. Bu nəzəriyyəni elmi cəhətdən sübut etmək üçün iddia edilən dövrün hər mərhələsinə baxmaq və keçmişdə həqiqətən də belə bir təkamülün yaşanıb-yaşanmadığını, bunun mümkün olub-olmadığını araşdırmaq lazımdır. Həmin mərhələnin ilk pillələri isə cansız maddədən öz-özünə canlı orqanizmin yaranması ssenarisidir.


Bu ssenarini araşdırmazdan öncə biologiyada Lui Pasterdən bugünədək məşhur olan bir fikri xatırlatmaq lazımdır: "Canlı canlıdan doğur!" Bunu təbiətin hər yerində görmək mümkündür. Məsələn, məməli heyvanları anaları dünyaya gətirir, bitkilər toxumlardan cücərir, təkhüceyrəli canlılar, məsələn bakteriyalar bölünərək çoxalırlar və s. Bundan fərqli bir hal heç vaxt heç yerdə görünməyib. Dünya tarixi boyunca heç kim cansız maddələrin bir araya gələrək, canlı yaratdığının şahidi olmayıb. Hərçənd, Qədim Misirdə, Qədim Yunanıstanda, hətta orta əsrlərdə belə əcaib fikirlərə inanan insanlar olub; məsələn, misirlilər qurbağaların Nil çayının palçığından yarandığını zənn edirdilər, Aristotel kimi filosof bu inancı dəstəkləyib, orta əsrlərdə isə hətta siçanların çirkli paltarlardan əmələ gəldiyi ehtimаl olunub. Halbuki, tədricən bütün bunların cəhalətdən başqa bir şey olmadığı ortaya çıxıb və sonda tanınmış bioloq-alim Lui Paster məşhur təcrübələri ilə hətta ən bəsit canlılar sayılan bakteriyaların belə öz-özünə ortaya çıxmadığını, yəni cansız maddənin canlı yaratmadığını sübuta yetirib.


Amma təkamül nəzəriyyəsinin bu boş nağıllara ehtiyacı var. çünki canlıların heç bir yaradıcı müdaxilə olmadan əmələ gəlməsini və inkişafını iddia edir, bunun üçün isə ssenarinin ilk pilləsini, yəni birinci canlının təsadüfən yaranmadığını iddiа etməlidir. Həyatın mənşəyi mövzusu bаrəsində səthi bilgilərə sаhib olаn Dаrvin "həyat kiçik, isti bir döldə yaranmalıydı" deyərək, bir cümləlik izahla üstündən keçməyə çalışsa da, onun davamçıları məsələnin ciddiliyini anlayaraq, bu yöndə xüsusi səylər göstəriblər. Ancaq bütün XX əsr boyunca həyatın mənşəyinə dair təkamül nəzəriyyəsinə uyğun heç bir dəlil tapmaq mümkün olmayıb. Bütün araşdırmalar məsələni daha da dolaşıqlığа sаlıb. Cansız maddənin həyat əmələ gətirə biləcəyinə dair ən kiçik fakt tapmaq bir yana qalsın, təkamülçülər bunun heç nəzəri izahını da verə bilməyiblər. çünk ən kiçik canlı kimi qəbul edilən təkhüceyrəlilərin quruluşu da son dərəcə mükəmməl komleksə sahibdir: hələ hüceyrənin qalanını bir qırağa qoyaq, onun təməl hissələri olan zülallar, DNT və ya RNT-nin belə təsadüflər nəticəsində yaranması riyazi olaraq mümkünsüzdür. Bu isə birbaşa onların yaradıldığını sübuta yetirir. Nobel mükafatı laureatı, ingilis riyaziyyatçısı və astronomu Fred Hoyl (Fred Hoyle) bununla bağlı yazır:


“Əslində həyatın ağıl sahibi olan bir varlıq tərəfindən yaradılması o qədər aşkardır ki, bütün insanların bu gerçəkliyi niyə qəbul etmədikləri, sadəcə, təəccüblüdür. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir".


Hoylun söz açdığı psixoloji səbəb təkamülçülərin Allahın varlığına dəlalət edən bütün əlamətləri əvvəlcədən rədd etmələrilə nəticələnir. Onlar özləri də bunu dəfələrlə etiraf ediblər ki, sadəcə Allahın varlığını qəbul etməmək üçün kor-korаnə ağlasığmaz ssenarilərə inanırlar. Təkamül nəzəriyyəsinə aid kitablarımızda bu məsələni geniş araşdırmışıq. İndi isə diqqətimizi mason lojalarına çevirərək, onların məsələ ilə bağlı fikirlərini nəzərdən keçirəcəyik. "Əslində həyatın ağıl sahibi olan bir varlıq tərəfindən yaradılması bu qədər aşkar" olduğu hаldа, masonlar niyə ayrı cür fikirləşirlər? Ustad mason Səlami Işındağ "Təkamül yolu" adlı kitabında bunu belə izah edir:


“Əxlaq məktəbimizin ən əsas xüsusiyyəti elm və ağıldan ayrılmamaq, Teizmin məchulluğuna, gizli mənalarına və ehkamlarına girməməkdir. BUNA ƏSASƏN DEYIRIK KI, həyatın ilk əmələ gəlməsi bu gün bilmədiyimiz, kəşf etmədiyimiz şəraitdə kristallarda başlamışdı. Təkamül qanunu ilə canlılar əmələ gəldi və yavaş-yavaş yer üzünə yayıldılar. Təkamülün nəticəsində bugünkü insan formalaşdı. Elmi və ağlıyla heyvanları üstələdi”.107
Bu sitatda işlədilən səbəb-nəticə əlaqəsinə diqqət yetirmək gərəkdir: Işındağ masonluğun əsas xüsusiyyətinin Teizmi, yəni Allah inancını qəbul etməmək olduğunu vurğulayır. Və ardınca da bildirir ki, "BUNA ƏSASƏN" həyatın cansız maddədən öz-özünə yarandığını, sonra təkamül keçirdiyini və bu prosesin insanın yaranmasına qədər davam etdiyini düşünürlər. Diqqət edin ki, onun təkamül nəzəriyyəsinə verdiyi dayaq hansİsa bir elmi fakt deyil. (Belə bir faktın olmadığını, o, əslində "bu gün bilmədiyimiz, kəşf etmədiyimiz şəraitdə" ifadəsilə üstüörtülü şəkildə etiraf edir). Təkamül nəzəriyyəsinə verilən dayaq sadəcə odur ki, "masonluq Teizmi qəbul edə bilməz". Yəni masonlar təkamül nəzəriyyəsinə yalnız ona görə inanırlar ki, Allahın varlığını qəbul etmək istəmirlər.


33-cü dərəcəli Türk masonlarının keçirdiyi "Türkiyə Yüksək Şurası"nın qeydlərində isə təkamül ssenarisi izah ediləndən sonra masonların "yaradılış izahını rədd etmələri" belə açıqlanır:
“çox qədim dövrlərdə qeyri-üzvi maddələr mühitində üzvi həyat ortaya çıxmışdı. Zülallar təkhüceyrəli orqanizmləri əmələ gətirmək üçün qruplaşdılar. Sonra şüur meydana gəldi və insan yarandı. Amma haradan? Bu sualı öz-özümüzdən dəfələrlə soruşuruq. Doğrudanmı, Allahın palçığa üfürməsindən? Biz anormal yaradılış prosesini, insandan xaric yaradılışı rədd edirik. Həyat və həyat ağacı var olduğuna görə, biz filogenetik silsiləni izləyərək, bu böyük prosesi hiss etməli, anlamalı, duymalıyıq. Həyatın yaranmasının bir inkişaf prosesi olduğunu, müəyyən anda bir müstəvidən başqa müstəviyə keçdiyini qəbul etməliyik”.


Bu sitatın müəllifi "Biz anormal yaradılış prosesini, insandan xaric yaradılışı rədd edirik" deməklə, humanist fəlsəfənin təməl ehkamını - "insan var olan ən uca varlıqdır" müddəasını təkrarlayır. "Anormal yaradılış prosesi" deyəndə isə canlıların Allah tərəfindən yaradılmasını nəzərdə tutur və bunu rədd edir. (Halbuki, əslində anormal olan, yəni ağla, elmə, təcrübəyə, eksperimentlərə zidd gələn düşüncə cansız maddənin öz-özünə canlı yaratdığını iddia edən masonların inancıdır.) Diqqət etsəniz, görərsiniz ki, masonların izahlarında heç bir elmi dəlil, arqument yoxdur. Onlar sadəcə "Təkamülə dair elmi arqumentlər var, buna görə də yaradılışı rədd edirik" - deyib, dururlar. Sadəcə qərəzli və kor-korаnə bir inanc...
Bu inanc mason nəşrlərində İsrarla vurğulanır. Ustad mason Səlami Işındağ "Təbiətdən kənarda bizi idarə edən, qarşısında məsuliyyət daşıdığımız heç bir gücün olmadığını" iddia edir, sonra da "həyatın tək hüceyrədən başlayıb, təkamül yolu ilə bugünkü mərhələyə çatdığını" bildirir.109 Ardınca isə təkamül nəzəriyyəsinin masonlar üçün nə demək olduğunu belə izаh edir: "Təkamül baxımından insanla heyvan arasında heç bir fərq yoxdur. İnsanın yaranması və təkamülünə təsir göstərən qüvvə heyvanlara təsir göstərən qüvvədən fərqli deyil".

 

Bu iddia masonların təkamül təliminə niyə önəm verdiklərini açıqca göstərir. Onların məqsədi insanın yaradılmağı fikrini müdafiə etmək, bununla da öz humanist və naturalist fəlsəfələrini kəsərli göstərməkdir. Bu yöndə yeganə arqumentləri isə təkamül nəzəriyyəsidir. Ona görə də masonluq necə və nəyin bahasına olursa-olsun, təkamül nəzəriyyəsinin yayılmasına və dəstəklənməsinə çalışır. Bu isə biz dindarları daim "ehkamçı" olmaqda günаhlаndırаn masonların özlərinin ehkamçı olduqlarını göstərir.

Geri