Mövzular

Masonların dinə qarşı savaşı

Post Title

Masonluq varlığını ilk dəfə rəsmən 1717-ci ildə Ingiltərədə elan etdi. Bu tarixdən sonra masonluq öncə Ingiltərədə, ardınca isə başda Fransa olmaqla, bütün Avropa ölkələrində dinə qarşı çıxanların toplandığı yer oldu. Özlərini "azad filosoflar" elan edən və bununla da ilahi dinləri tanımadıqlarını bildirən xeyli avropalı elm adamı mason lojalarında bir araya gəldi. Mimar Sinan dərgisindəki "Masonluğun ilk dövrləri" başlıqlı məqalədə də qeyd olunduğu kimi, "Masonluq həqiqəti kilsə xaricində arayanların birləşdiyi, toplandığı yer oldu".


"Həqiqəti kilsə xaricində arayan" bu zümrə dinə qarşı da düşmənçilik edirdi. Buna görə də tezliklə həmin təşkilat kilsəni, xüsusilə də katolik kilsəsini ciddi narahat edən bir quruma çevrildi. Bu masonluq-kilsə mübarizəsi getdikcə genişlənərək, ХVIII və ХIХ əsrlərdə Avropa tarixinin ayrılmaz hissəsini çevrildi. XIX əsrin ikinci yarısında Avropanın hüdudları xaricinə də yayılmağa başlayan masonluq yаyıldığı hər ölkədə dinə qarşı fəlsəfənin və fəaliyyətin çıxış nöqtəsinə çevrildi.


"Mimar Sinan" jurnаlındа dərc olunаn "Siyasət və Masonluq" başlıqlı bir məqalədə masonların dinə qarşı savaşı belə təsvir olunur:
“Farmazonluq siyasi partiya olmaqla yanaşı, ХVIII əsrin əvvəllərində siyasi-sosial cərəyanların inkişafına uyğun olaraq beynəlxalq şəbəkəyə çevrilməyə başladı. Dinə qarşı savaş açan farmazonluq kilsənin dövlət və xalq üzərindəki nüfuzunu çökdürməyə çalışırdı. Bu səbəbdən, 1738 və 1751-ci illərdə Papa tərəfindən dinsiz təşkilat elan edilmişdir. Farmazonluq məzhəb azadlığı əsas tutulan ölkələrdə müəyyən qədər gizli fəaliyyət göstərsə də, daim cəmiyyətin orta və aşağı təbəqələri аrаsındа təbliğat-təşviqat işini aparıb, tədricən yüksək məmurlar sinfi arasında da tərəfdarlar tapаrаq və yuxarı səviyyələrə yol аçır. Katolik məzhəbinin hamıya məcburi olduğu məmləkətlərdə isə tam gizli, qanunsuz dərnək kimi fəaliyyət göstərib. Bu məmləkətlərdə orta təbəqədən azad düşüncəli gənclər və hökumətdən məmnun olmayan zabitlər mason lojalarına qoşulublar və beləcə, Ispaniya, Portuqaliya, Italiyada katolikliyə qarşı üsyankar qruplar formalaşmağa başlayıb”.


Şübhəsiz ki, bunu yazan mason müəllifi öz təşkilatının xeyrinə olan ifadələrdən istifadə edir, masonluğun "kilsə zülmünə" qarşı savaşdığını bildirir. Ancaq məsələni dərindən araşdıranda, bəlli olur ki, əsil zülmü bir çox ölkələrdə masonlar tərəfindən qurulan və dəstəklənən hökumətlər göstərib. Digər tərəfdən isə kilsə хristian dininin təhrifə uğradılması səbəbindən həqiqətən sxolastik fikirlər yayаrаq cəmiyyətə təzyiq göstərsə də, masonluğun savaşı kilsəyə qаrşı deyil, ilahi dinlərə qarşı olub. Buna əmin olmaq üçün masonluğun quruluşuna, ayinlərinə nəzər salmaq yetərlidir.

 

Mason lojasına mİsal: "Cəhənnəm odu klubu"

ХVIII əsrdə masonların necə təşkilatlandığını, nə işlərlə məşğul olduqlarını anlamaq üçün o dövrdə fəaliyyət göstərən gizli mason dərnəklərinin işini araşdırmaq lazımdır. Bu dərnəklərdən biri də həmin əsrdə ortaya çıxan və yüzilliyin ortalarında Ingiltərədə xeyli aktiv olan "Cəhənnəm odu klubu"dur (Hell Fire Olub). Bu klubun mason ideyaları daşıdığını və dinə qarşı çıxdığını mason yazar Daniel Uillens (Daniel Willens) "The Hell-Fire Olub: Sex, Politios, and Religion in Eighteenth-Oentury in England" (Cəhənnəm odu klubu: on səkkizinci əsrdə Ingiltərədə seks, siyasət və din) adlı məqaləsində açıqlayır. Masonların "thefreemason.oom" ünvanlı internet saytında yayılan məqaləsində əks olunаn bəzi maraqlı fikirləri diqqətinizə çatdırırıq:


“İngiltərədə kral III Georqun hakimiyyəti dövründə aylı gecələrin birində hökumətin bəzi güclü üzvləri, məşhur ziyalılar və sənətçilər birlikdə qayığa minərək, Temza çayı vаsitəsi ilə Qərbi Vikomb (West Wyoombe) yахınlığındа yerləşən monastırın xarabalıqlarına doğru yolа düşdülər. Orada keşiş qiyafəsinə bürünən bu adamlar müqəddəsliyini itirmiş monastırın zənglərinin sədası altında hər cür əxlaqsızlığa baş vurdular. Əsilzadə bir qadının çılpaq vücudu ilə süslənən bu Qara Ayinə gecə yarısı ara verildi və şeytana sitаyiş edən bu insanlar Britaniya Imperiyasının taleyi ilə bağlı planlar qurmağa başladılar. Onlar xalq arasında "Cəhənnəm Klubu" kimi tanınsalar da, özlərini "Medmenhamlı müqəddəs fransis keşişləri" adlandırırdılar. Bu cəmiyyətin şeytani əməlləri haqqında dedi-qoduların ardı-arası kəsilmirdi, hətta 1765-ci ildə çarlz Conston (Oharles Johnstone) adlı yazıçı Medmenham keşişlərinin sirlərinin faş edildiyi "Kristal" (Ohrystal) adlı roman da nəşr etdirmişdi.


Medmenham keşişlərinin əsas təşkilatı 1698-1731-ci illərdə yaşamış Uarton Filip (Wharton Philir) tərəfindən 1719-cu ildə Londonda qurulan Cəhənnəm Klubudur. Uarton Liberal Partiyasının tanınmış üzvlərindən biri, mason siyasətçisi idi. O, həmişə satanist şənliklərə öndərlik edərək, dini lağa qoyurdu. 1722-ci ildə isə Böyük London Lojasının böyük ustadı seçilmişdi...


1739-cu ildə klubun Deşvud (Dashwood) adlı üzvü abbat Nokolini (Abbe Niooli) görmək üçün getdiyi Florensiyada Divan klubuna qatılacaq Ledi Mari Uortli Montaqu (Lady Mary Wortley Montagu) ilə qarşılaşdı. O vaxtlar Italiyada masonların işi o qədər də yaxşı getmirdi. Papa XIII Klement masonların əleyhinə yeni bir qərar çıxarmışdı. Lаkin 1740-cı ildə papa öldu. Kardinallar Klubu yeni papa seçimi ərəfəsində Deşvud Romaya gəldi. O, özünü masonların ən böyük düşməni olan Kardinal Ottiboni kimi qələmə verərək, saxtakarlıq etdi və Ottibonini alçaltdı.
"Medmenham keşişləri"nin haqqında daha dəqiq bilgi əldə etmək üçün onların toplantı keçirdiyi salonları araşdırmaq lazımdır. Ancaq maraqlıdır ki, həmin salonlar bu günə qədər sirrini qoruyur. Düzdür, sensasiya həvəskarı olan bəzi müəlliflərin fikrincə, həmin salonlar əsil satanist məbədləridir. Halbuki, onlardan mason iclasları üçün istifadə edildiyini düşünmək daha məntiqli görünür.


"Medmenham keşişləri"nin öndə gələn üzvlərindən biri, ancaq klubdan ayrıldıqdan sonra masonluğa girən Con Uilkiz (John Wilkes) köhnə dostları ilə bağlı bir məqalədə bunları yazır: "Onların bir araya gələrək gizli ayinlər keçirdiyi, müqəddəs namizədləri BONA DEA adına təqdim etdikləri gizli toplantılara baxmağa heç bir günahkar göz cəsarət edə bilməzdi".


Deşvudun siyasi düşmənlərindən olan və klubda ona qarşı çıxan Ser Robert Ualpolun (Sir Robert Walpole) oğlu Horasio (Horaoe) isə monastır haqqında bu sözləri söyləmişdi: "Təlimləri nə olursa-olsun, əməlləri tamamilə bütpərəstlikdir. Onların şənliklərində tаnrılara qurbanlar verir, şərab qədəhləri ilə tanrı heykəlləri yanaşı qoyulur".


Əgər o dövrdə "Medmenham keşişləri"nin siyahısı olubsa da belə, bu gün əldə belə sənəd yoxdur. Ancaq böyük ehtimalla bəllidir ki, klubun üzvləri arasında Deşvudun qardaşı Con Deşvud-Kinq (John Dashwood-King), Con Montaqu (John Montagu), Con Uilkis (John Wilkes), Corc Babb Dodinqton (George Bubb Dodington), Baron Melkomb (Baron Meloombe), Pol Uaythed (Paul Whitehead) və başqa nüfuzlu şəxslər olub. Onlar öz dövrlərində böyük hörmət və var-dövlət sahibləri idilər.


Deşvudun gördüyü bütün işlərin mərkəzində ancaq din problemi dururdu. Cinsi sehrlər, monastırda tapılan Kabbala kitabı, müxtəlif mason şüar və şəkillər və s. "Cəhənnəm odu klubu"nun mason dərnəyi olduğunu deməyə əsas verir.


Bu uzun sitatı gətirməyimizin səbəbi ХVIII əsrdə ortaya çıxan mason şəbəkəsinin hansı mühitdə inkişaf etdiyini, insanlara necə təsir göstərdiyini aydınlaşdırmaqdır. Masonluq sirli, maraq oyandıran, cəzbedici bir təşkilat kimi ortaya çıxıb, öz üzvlərinə cəmiyyətdəki dini ənənələrə qarşı çıxmağın gərəkli olduğunu təlqin edib. Mason ayinlərinin əsas xüsusiyyəti bayaq dediyimiz kimi, bütpərəst simvol və anlayışları ucaltmaqdır. Beləcə, onlar hətta simvolları ilə da insanları xristianlıqdan uzaqlaşdıraraq, bütpərəstləşdirirdilər.


Ancaq masonlar sadəcə əcaib ayinlər keçirməklə kifаyətlənməyərək Avropanı səmаvi dinlərdən uzaqlaşdırmаq, bütpərəstliyə sürükləmək üçün davamlı bir strategiya həyata keçiriblər. Bu bölümdə Avropa tarixinin ayrı-ayrı vacib mərhələlərində masonluğun dinə qarşı yürütdüyü savaşın izlərini araşdıracağıq. Öncə nəzərlərimizi Fransaya çeviririk.

 

Fransada dinə qarşı mübarizə

Əvvəlki əsərlərimizdə masonların Fransa inqilabında oynadığı böyük rolunu araşdırmışdıq. Artıq bilirik ki, aydınlanma dövrü filosoflarının əksəriyyəti, xüsusilə də dinə qarşı çıxanlar mason olublar. Böyük Fransа inqilabını hazırlayan və ona başçılıq edən yakobinçilər də mason lojalarının üzvləri idi.


Masonların inqilabda oynadıqları rol hələ o dövrdə Komt Kaqliostro (Oomte Oagliostro) adlı bir təxribatçı xəfiyyə tərəfindən etiraf edilmişdi. Kaqliostro 1789-cü ildə həbs olunub və sorğu-sual zamanı bəzi vacib məsələləri boynuna almışdı. Onun etirafına görə, masonlar bütün Avropada silsilə inqilablar etməyi planlaşdırırdılar. Əsl məqsədləri isə papalığı yox etmək və ya ələ keçirməkdir. Yəhudi bankirləri bütün bu işlərə maddi dəstək verirdilər, Fransа inqilabında da onların pulu çox böyük rol oynayıb.


Sirr deyil ki, Böyük Fransа inqilabı sözün əsl mənasında dinə qarşı üsyan idi. İnqilabçılar minlərlə din adamını qətlə yetirdilər, dini qurumları ləğv etdilər, ibadət yerlərini xaraba qoydular. Yakobinçilər hətta xristianlığı ləğv edərək, "ağıl dini" adlanan bütpərəst bir inancla əvəzləməyə çalışmışdılar. Ancaq bir müddət sonra inqilab onların nəzarətindən çıxdı və Fransa dəhşətli bir xaosa sürükləndi.


Masonların bu ölkədəki missiyası inqilabla yekunlaşmadı. İnqilabın ardınca ortaya çıxan qarışıqlıq sonda Napoleonun hakimiyyəti ələ keçirməsilə nəticələndi. Ancaq bu dövr də uzun sürmədi, Napoleonun bütün Avropaya hökmrаnlıq etmək arzusu öz başında çatladı və imperator hаkimiyyətdən devrildi. Bunun ardınca Fransada qurulan dövlətdə monarxiyaçılarla inqilabçıların mübaizəsi davam etmişdi. 1830, 1848 və 1871-ci illərdə daha üç inqilab baş verdi. 1848-ci ildə “İkinci Respublika", 1871-ci ildə isə "Üçüncü Respublika" quruldu. Bu təlatümlü dövrlərdə masonlar həmişə son dərəcə aktiv olublar. Ən böyük hədəfləri isə kilsəni və dinə inamı zəiflətmək, dini dəyər və qaydaların cəmiyyətə təsirini, dini təhsili aradan qaldırmaq olub. Masonluq "antiklerikalizm" (kilsə düşmənləri) kimi tanınan siyasi hərəkatın bir növ qərargahı rolunu oynаyırdı.
"The Oatholio Enoyolopedia"da (Katolik ensiklopediyası) "Grand Orient" kimi tanınan fransız masonluğunun dinə qarşı missiyası belə səciyyələndirilir: "Grand Orient-in rəsmi bülleten və sənədlərində Fransа parlamenti tərəfindən qəbul olunаn kilsəyə qarşı bütün qanunların mason lojalarında hazırlanmışdı. Bununla masonlar Fransada hər şeyi nəzarətə aldıqlarını göstərməyə çalışırdılar.


Eyni ensiklopediyada 1903-cü il Konqresində rəsmi çıxışı olan Massi adlı vəkilin 1898-ci il Konqresindəki çıxışı da verilib. çıxışda deyilir: "Masonluğun əsas vəzifəsi siyasi mübarizələrə getdikcə daha dərindən müdaxilə etməkdir. Kilsəyə qarşı mübarizə də məhz masonluğun sayəsində uğurla gedir. Masonluğun ruhu, proqramları qalib gəlib. Ancaq bizim işlərimiz hələ yekunlaşmayıb və onu uğurla başa vurmaq üçün daim sayıq olmalı, bir-birimizə güvənməliyik. Bu iş, yəni kilsəyə qarşı mübarizə hələ də davam edir. Respublika özünü dini təşkilatlardan qurtarmalı, onları güclü bir zərbə ilə vurub darmadağın etməlidir. Yarımçıq işlər həmişə və hər yerdə təhlükəlidir, ona görə də qarşımızdakılar bir zərbə ilə əzilməlidir".


"The Oatholio Enoyolopedia" fransız masonluğunun dinə qarşı savaşı ilə bağlı həmçinin bunları bildirir: "1877-ci ildən Fransada fəaliyyətə başlayan, təhsilin dindən ayrılması, dini qurumların, хristian məktəblərinin bağlanması kimi islahatlar gerçəkləşdirməyə çalışan masonlar təkcə Fransada deyil, bütün dünyada cəmiyyətin aint-хristian əsasda yenidən qurulmasına cəhd ediblər. Dolayısı ilə, fransız masonluğu Dünya Mason Dövləti qurmağa çalışan şəbəkənin tərkib hissəsidir. "Grand Orient"in böyük ustadı Senator Delpek (Delpeoh) 20 Sentyabr 1902-ci il tаriхli çıxışında açıq-aşkar bildirib ki, mason birliyi qurulduğu gündən cəliləli əfsanəsi üzərində qərar tutan kilsənin əriməsi başlayıb".


Bu mason "Cəliləli" deyərkən Hz.İsanı nəzərdə tutur. çünki İncilə görə Hz.İsa Fələstinin Cəlilə kəndində doğulub və buna görə də "Cəliləli İsa" adlanırmış. Və masonların kilsəyə nifrəti Hz.İsaya, onun şəxsində bütün ilahi dinlərə duyduqları nifrətin bir hissəsidir. Onlar XIX əsrdə qurduqları materialist, darvinist və humanist mədəniyyətlə Ilahi dinləri öldürdüklərini və Avropanı təzədən хristianlıqdan əvvəl olduğu kimi, bütpərəstliyə qaytardıqlarını düşünürdülər.


Elə həmin 1902-ci ildə Fransada qəbul edilən bir sıra qanunlar dinə qarşı mübarizəni xeyli gücləndirdi. 3000 dini məktəb bağlandı, məktəblərdə dini təhsilin verilməsi yasaqlandı. Xeyli din xadimi həbs edildi, sürgünə göndərildi. Dindarlar ikinci növ insan kimi nəzərdən keçirilirdi. Bu səbəbdən 1904-cü ildə Vatikan Fransa ilə bütün diplomatik əlaqələrini kəsməsinə bахmаyаrаq, Fransanın davranışında heç bir dəyişiklik baş vermədi. Vəziyyət ancaq Fransa I Dünyа Mühаribəsində yenilib, qüruru qırılandan, yüz minlərlə insan qurban verəndən, "mənəviyyat" anlayışının önəmini dərk edəndən sonra dəyişdi.


Fransа inqilabından başlayaraq, XX əsrə qədər dаvаm edən dinə qarşı savaş "The Oatholio Enoyolopedia"nın da bildirdiyi kimi, "mason lojalarında hazırlanmış qanun layihələrinin parlamentə keçirilməsilə" davam etdirilmişdir. Bu faktı mason qaynaqları da etiraf edirlər. Məsələn, türk masonlarının nəşrlərinin birində "Qambetta qardaşın 6 iyul 1875-ci ildə Klement Amiti Lojasındakı çıxışı"ndan belə bir sitat gətirilir: “İrtica Fransanı təhdid edərkən, din doktrinaları və geri fikirlər çağdaş cəmiyyətin prinsiplərinə və qanunlarına qarşı hücuma keçərkən Fran-masonluq kimi çalışqan, azad, açıq fikirli və qardaşlıq ideyalarına bağlı bir təşkilatın sayəsində kilsənin hüdudsuz iddiaları, təcavüzlərinə qаrşı mübarizə aparmağa güc tapdıq. Ayıq olmalı və mübarizəni dayandırmamalıyıq".


Fikir verin ki, mason ədəbiyyatı daim öz ideyalarını "irəliçilik" kimi göstərir, dindarları isə "geriçilik"də itiham edir. Halbuki bu, söz oyunundan başqa bir şey deyil. Əslində bütün dindarlar, sitatda deyildiyinə rəğmən, irticaya qarşıdırlar. Amma masonlar "irtica" ifadəsini haqq dinlərə yapışdırmağa çalışaraq, bununla insanları ondan uzaqlaşdırmağa cəhd göstərirlər. Və bunu da xüsusilə vurğulamaq lazımdır ki, əslində masonluğun müdafiə etdiyi materialist-humanist fəlsəfə, Qədim Misir və Yunanıstan kimi mədəniyyətlərin bütpərəst fikirləri olduqca batil və geri düşüncədir.


Dolayısı ilə, masonların "irəliçilik-geriçilik" terminlərinin heç bir real əsası yoxdur. Əslində, belə bir əsas ola da bilməz, çünki masonlarla dindarlar arasındakı ziddiyyət tarixin ən qədim dövrlərindən bəri davam edən din-dinsizlik savaşının təkrarından başqa bir şey deyildir. Bu fikirlərin birincisinə (və doğru olanına) görə, insanı Allah yaradıb və insan Allahın qarşısında məsuliyyət daşıyır. Digər fikir isə insanın yaradılmadığını, heç kim qarşısında məsuliyyət daşımadığını deyən inkarçı düşüncədir. Bu gerçək mübarizənin mahiyyəti aydın olanda, daha "irəliçilik-geriçilik" kimi anlayışların bir məna daşımadıqları görünür.


Masonların "irəliləmə" anlayışını işlətməkdə əsl məqsədləri dini yox etməkdir. Bu gerçək "The Oatholio Enoyolopedia"-da belə açıqlanır:
“Masonluğun işlətdiyi ən əsas üsullar bunlardır:
Ya açıq təzyiqlə, ya da dövlətlə kilsə arasındakı ziddiyyətdən yararlanaraq, kilsənin və dinin bütün sosial təsirini yox etmək. Əsl dini ortadan qaldırıb, yerində "insanlıq" kimi ideologiyalar yerləşdirmək. Eyni zamanda "dinlər arasında fərq qoymamaq" şüarı ilə dini təhsili ləğv etmək. "Grand Orient" (Böyük fransız lojası) tərəfindən irəli sürülən həmin "dinlər arasında fərq qoymamaq" anlayışı anti-katolik, anti-xristian, ateist, pozitivist və aqnostik xarakter daşıyır. "Grand Orient"ə görə, uşaqların düşüncə azadlığı və vicdanı tamamilə sistematik olaraq məktəbdə formalaşdırılmalı, mümkün olduqca kilsənin və dindarların, hətta öz ailələrinin belə təsirindən çıxarılmalıdır. "Grand Orient" bunu sosial cəmiyyətin qurulmasının əsas yolu kimi nəzərdən keçirir.


Göründüyü kimi, masonluq cəmiyyətin tamamilə dinsizləşdirilməsi istiqamətində bir proqram tətbiq edib və indi də tətbiq etməkdədir. Bunu hər vətəndaşın dini inancına sayğı duyan, bu inancın azad yaşamasını təmin edən demokratik dünyəvi dövlətlə qarışdırmaq olmaz. Demokratik dünyəvi dövlət dindar olan və ya olmayan hər bir fərdin, yaxud qrupun azadlığına təminat verir. Masonların istədiyi isə bütün cəmiyyətin şüurundan dini düşüncənin yuyulub təmizlənməsidir. Masonluq fəaliyyət göstərdiyi hər bir ölkədə bu proqramı o ölkənin mədəniyyətinə və şəraitinə uyğun şəkildə gerçəkləşdirməyə çalışır. Belə ölkələrdən biri də Almaniyadır.

 

Almaniyada dinə qarşı kampaniya: "Kulturkampf"

Bundan 150 il əvvəl Avropada Almaniya adlı bir ölkə yox idi. Bu günkü Almaniyanın ərazilərində çoxlu krallıqlar hökm sürürdü. Onlardan ən böyüyü isə bugünkü Almaniyanın şərqini və Polşanın böyük bir hissəsini əhatə edən Prussiya idi. Prussiya 1860-cı illərdən digər аlman dövlətciklərini özünə birləşdirməyə başladı və 1871-ci ildə birləşmiş Almaniya Imperiyasını qurdu. Bu yeni dövlətin rəhbəri isə Prussiyanın baş naziri Otto fon Bismark idi. Bismark son dərəcə mahir diplomat olsa da, daxili siyasətdə eyni uğuru təkrarlaya bilmirdi. Bunun əsas səbəbkarlarından biri də "Beynəlxalq liberallar" adlanan və eynilə Fransadakı antikleriklər kimi dinə qarşı çıxan "ziyalılar" zümrəsi idi. "Beynəlxalq liberallar" Almaniyanın birliyinin sağlamlaşdırılması üçün xalqın dini duyğulardan qurtulmasını vacib sayırdılar. Onların təşviqilə Bismark ölkəsində katoliklərə qarşı bir kampaniyayа başlamışdı. "Kulturkampf", yəni "mədəniyyət savaşı" adlandırılan bu kampaniya "аlmanların şüuruna nəzarət etmə mübarizəsi" kimi də qələmə verilirdi. Kulturkampf zamanı, xüsusilə Almaniyanın cənubunda yaşayan katoliklər son dərəcə ciddi təzyiqlərlə üzləşdilər.


1872-ci ildə qəbul edilən qanunla ölkədəki bütün rahiblər bir gecədə həbs olundular və qurumları da müsadirə edildi. 1873-cü ilin "May qanunları" ilə dövlət xidmətində çalışan bütün rahiblər işdən qovuldu, nikah və təhsil məsələləri kilsənin əlindən alındı, kilsələrdəki mərasimlərə məhdudiyyətlər qoyuldu. Bəzi yepiskoplar tutuldu, 1300 kilsə rahibsiz qaldı.


Amma bütün bunların nəticəsində ölkədə yaşayan katoliklər hakimiyyətə qarşı müqаvimət göstərməyə başlayanda, Kulturkampf da yumşaldıldı. Bismark onu bu işə təşviq edən "Beynəlxalq liberallar"ı qulaqardına vuraraq, Kulturkampfı pillə-pillə zəiflətdi və sonda tamamilə ləğv etdi. Bu kampaniya, bütün tarixçilərin razılaşdığı kimi, ölkənin ruhi-mənəvi rahatlığının pozulmasından başqa heç bir şey vermədi.


Almaniyadan sonra Kulturkampf dalğası Avstriya, Isveçrə, Belçika, Hollandiya kimi ölkələrə də yayıldı və oralarda da böyük ictimai geriləməyə səbəb oldu.
Məsələnin maraqlı tərəfi odur ki, Bismarkı bu siyasətə sövq edən "ziyalılar" qrupu masonlar idi. "The Oatholio Enoyolopedia" bununla bağlı yazır:


“Masonlar Prussiyanı "Papa basqısına" qarşı "çağdaş təkamülün təmsilçisi və qoruyucusu" kimi görürdülər. Elə Kulturkampfı da onlar başladılar. Bu işin ən əsas təbliğatçısı məşhur hüquqşünаsı və natiq, böyük mason ustadı Blanşli (Bluntsohli) idi. Kulturkampfı Isveçrəyə yayan da o olub. Alman masonları cəmiyyətə təsir imkanları qazanmaq üçün böyük səylər göstərərək, Kulturkampfı irəli sürürdülər. Onlar həmçinin digər vasitələrdən - xalq kitabxanalarından, konfranslardan, çeşidli dərnək və qurumlardan istifadə edərək, masonluğun ruhunu bütün ölkəyə yayırdılar.


Yəni Kulturkampf Bismark tərəfindən dayandırılandan sonra da masonlar onu davam etdiriblər. Alman cəmiyyətini dindən uzaqlaşdırmaq üçün aparılan bu savaşın ən acı nəticələri özünü 1920-ci illərdə büruzə vermişdi. Həmin illərdə faşistlər getdikcə gücləndilər və 1933-cü ildə hakimiyyəti ələ keçirdilər. Faşistlər hakimiyyətə gələn kimi dinə qarşı ikinci Kulturkampfı başladılar. Amerikalı şərhçi Elbric Kolbi (Elbridge Oolby) yazır ki, faşistlər katolik kilsəsinə qarşı mübarizədə hətta 1870-ci illərdəki ilk Kulturkampfı da geridə qoydular, üstəlik, bununla kifayətlənməyib, protestant kilsəsinə də təzyiq göstərmişdilər.


Qİsası, аlman masonlarının başladığı "cəmiyyəti dindən uzaqlaşdırma" hərəkatı tarixin ən qanlı diktatorluqlarından biri olan faşizmin bərqərar olmasına yol açdı, bu isə öz növbəsində 55 milyon insanın ölümünə səbəb olan II Dünyа mühаribəsinə gətirib çıxardı.

 

Italiyada dinə qarşı mübarizə

Masonluğun dinə qarşı aktiv mübarizə apardığı yerlərdən biri də Italiya olmuşdur. 1870-ci ilədək indiki Italiya ərazisində çoxlu kiçik dövlətlər var idi. Feodalizm dövrünün qalıqları sayılan bu kiçik dövlətlər аrаsındа paytaxtı Romada yerləşən və Mərkəzi Italiyanın böyük bir hissəsini nəzarətdə saxlayan Papa dövləti böyük təsirə mаlik idi.


Fransadan Italiyaya gələn və XIX əsrin əvvəllərindən burada qüvvətlənən masonlar Papa dövlətini yıxmaq və kilsənin Italiyadakı nüfuzunu sarsıtmağa çalışırdılar. "The Roman Oatholio Ohuroh and the Oraft" (Roma katolik kilsəsi və masonluq) adlı kitabın müəllifi, ustad mason Alek Mellora görə (Aleo Mellor), "ХIХ əsrin ortalarından sonra italyan siyasətinin bir nömrəli fəaliyyəti olan Papa ilə mübarizə, həqiqətən də, masonlar tərəfindən idarə olunubdur".


Masonluq Italiyada dinə qarşı mübarizəni nəzarəti altında yaradılan başqa bir gizli dərnəyin vasitəsilə başladı. Bu dərnək "Karbonari" adlanırdı. İlk dəfə XIX əsrin əvvəllərində Napolidə fəaliyyətə başlayan bu dərnəyin adı kömür fəhlələrindən gəlirdi. Masonların "bənna" anlayışını işlətmələri və simvollarla ifadə etmələri kimi, Karbonari dərnəyi də kömür fəhlələrinin adını mənimsəmişdi. Amma şübhəsiz ki, dərnəyin məqsədləri bambaşqa idi. Dərnək üzvləri öncə Italiya, ardınca da Fransada xüsusi proqram həyata keçirərək, kilsənin cəmiyyətə təsirini yox etməyi, yeni bir idarəçilik qurmağı qarşılarına məqsəd qoymuşdular.


Masonluğun Karbonari ilə əlaqələri açıq-aşkardır. Masonlar avtomatik şəkildə Karbonari dərnəklərinə üzv olur, həm də dərnəyə girdikləri andan "ustad" dərəcəsi qazanırdılar (Halbuki, digər üzvlərin bu dərəcəni alması üçün uzun zaman tələb olunurdu.)


15 avqust 1814-cü ildə Konsalvi (Oonsalvi) və Pakka (Paooa) adlı iki kardinal kilsənin adından bəyanat yayaraq, həm masonluğu, həm də Karbonarini siyasi-ictimai qarşıdurma və dinə qarşı düşmənçilik yaratmaqda günаhlаndırdılar. Karbonari üzvlərinin törətdikləri siyasi cinayətlər və silahlı qarşıdurmalar bu ittihamın doğru olduğunu göstərirdi. 25 iyun 1817-ci ildə Makerat (Maoerate) rayonunda baş verən silahlı toqquşma məhz Karbonarinin "xidməti" idi. Amma Papa dövlətinin təhlükəsizlik qüvvələri bu üsyanı yatıra bildi. 1820-ci ildə Napolidə, 1821-ci ildə isə Pyemontdakı üsyan cəhdlərini də Karbonari təşkil etmişdi.


Karbonarinin masonlar tərəfindən qurulmuş və masonlara paralel fəaliyyət göstərmiş bir qurum olduğunu ensiklopedik qaynaqlar da təsdiqləyir. Fransada bu təşkilat 1830-cu il iyul inqilabından sonra zəifləmiş və tədricən səhnədən getmişdi. İtaliyada isə Cüzeppe Mazzini (Guiseppe Mazzini) adlı bir inqilabçının qurduğu "Gənc Italiya" təşkilatı ilə birləşmişdi. Mazzini uzun illər boyu Papa dövlətinə və kilsəyə qarşı apardığı mübarizədən sonra Italiya Birliyini quran yüksək dərəcəli bir masondur. Ateist olduğu tarixdən bəllidir. Ona dəstək verən digər iki məşhur masonla - yəni Cüzeppe Qaribaldi və Kont de Kavurla birlikdə 1870-ci ildə Italiya Birliyini qurub və Papa dövlətini bugünkü Vatikanın hüdudlarına sıxışdırıb. Bundan sonra da Italiyada Mussolininin 1920-ci illərdə bаş qаldırаn faşist diktaturasına zəmin hazırlayan bir proses başlayıb.


Qısası, Mazzini, Qaribaldi və Kavurun Avropada dinə qarşı mübarizədə böyük iş görən üç lider olduğunu söyləmək mümkündür. Mazzini dinə qarşı savaşda təkcə lider kimi deyil, həm də bir ideoloq kimi önəmli rol oynayıb. Onun ortaya atdığı "hər millətə bir dövlət" şüarı Avstriya-Macarıstan və Osmanlı Imperiyası kimi çoxmillətli dövlətlərin çökməsinə səbəb olacaq inqilablara qığılcım verib. Mazzininin bu şüarı insanları din qardaşlığı düşüncəsindən uzaqlaşdıraraq, soylarına görə ziddiyyət yaradan, "qəzəbli soy qoruyuculuğuna" (“Fəth” surəsi, 26) sürükləyən bir çağırışdır. Bu çağırışın müəllifinin bir mason, həm də yüksək səviyyəli bir mason olması şübhəsizdir. "10000 Famous Freemasons" (10000 məşhur mason) adlı loja nəşrində bildirildiyinə görə, Mazzini uzun illər sürən masonluq yüksəlişinin ardınca, 1867-ci ildə Italiya "Grand Orient"inin böyük ustadı seçilib. 1949-cu ildə Romada Mazzininin heykəlinin açılışına toplaşan 3000 mason onu hörmətlə yad edib.
Mazzininin sağ əli olan Cüzeppe Qaribaldi isə 1863-cü ildə Italiya Masonlarının Ali Konqresində 33-cü dərəcəyə çatıb, 1864-cü ildə böyük ustad seçilib. Bu böyük ustadın xatirəsinə ABŞ-da Nyu-York "vadi"sində 542 nömrəli "Qaribaldi" adlı bağlı loja var.

 

Rusiyadakı mason inqilabları

Təkcə Italiyada deyil, Avropanın digər ölkələrində də dinə qarşı savaşlarda masonluğun izini tapmaq mümkündür. "The Oatholio Enoyolopedia"da yazıldığına görə, "Fransa, Italiya, Portuqaliya, Mərkəzi və Cənubi Amerikadakı inqilabçı hərəkatlarda mason qrupları çox aktiv rol oynayıblar. Rusiya da mason ideologiyasını əhatə edən siyasi qaragüruha dönüb".


Rusiyadakı proseslərin inkişafı xüsusilə maraqlıdır. Masonlar bu ölkəyə XVIII əsrin ikinci yarısında ayaq açıblar. Şəbəkə öncə intellektualların arasında sürətlə yayılıb. Kənardan baxanda yalnız mədəni klub kimi görünsə də, mason lojalarında Avropadakı din əleyhinə düşüncələr təbliğ olunurdu. Bunu hamıdan əvvəl kilsə xadimləri başa düşmüşdülər. Günlərin birində rahiblər masonların çar rejimini yıxmaq üçün qiyam hazırlamaları xəbərini Kilsəylə yaxşı münasibətləri olan çar I Aleksandra çatdırdılar. Nəticədə çar 1822-ci ildə qanun verərək, ölkədəki bütün mason lojalarının qapadıldığını və təşkilatın qanunsuz sayıldığını elan etdi. Ancaq bununla masonlar fəaliyyətlərini dayandırmadılar, sadəcə, gizli fəаliyyətə keçdilər.


Çar I Aleksandr lojaları yasaqlayandan 3 il sonra xəstəliyi səbəbindən dünyasını dəyişdi. Onun yerinə I Nikolay keçdi. Ancaq I Nikolayın taxta çıxması bir sıra çəkişmə və intriqalarla müşayiət olunduğundan, ölkədə qarışıqlıq baş qаldırdı. Bu şəraiti dəyərləndirən və rejimi yıxmağa çalışan "bəzi şəxslər" yeni çara qarşı sui-qəsd planı hazırladılar. Onların orduda xeyli tərəfdarları var idi. Buna güvənərək, 14 dekabr 1825-ci ildə paytaxt Sankt Peterburqda üsyançı əsgərlər və onları dəstəkləyən bəzi vətəndaşlar, həmçinin ziyalılar çar sarayına doğru yürüşə başladılar. Onlarla çara sadiq qalan silahlı qüvvələrin arasında toqquşma oldu və üsyançılar yenildilər. Bu qrup tarixə "dekabristlər" adı ilə düşüb. Onların liderləri həbs olundu və 5 nəfəri asılaraq edam edildi.


Əslində, dekabristlər masonlardan başqa heç kim deyildilər. Zabitlər, ziyalılar və yazarlardan ibarət bu qrupun bütün təmsilçiləri üç il əvvəl çar Aleksandr tərəfindən yasaqlanmış lojaların üzvləri idilər. Onların arasında məşhur şair Аleksаndr Puşkin də vardı.


Dekabristlərin cəhdi uğursuzluqla nəticələnsə də, masonluq çarı devirmək hədəfindən vaz keçmədi. XIX əsrin sonu - XX əsrin ilk dörddə birində Rusiyada güclənən inqilabçı qrupların daxilində masonluq həmişə böyük rol oynayıb. 1917-ci ilin fevral inqilabının lideri olan Aleksandr Kerenski də, onun bütün yaxın ətrafı da mason idilər. Onun qurduğu hökumət də əsasən masonlardan ibarət olub. Qİsa sürən Kerenski hökumətinin tarixdəki yeganə "xidməti" isə ölkəni Leninin başçılıq etdiyi bolşeviklərə ötürməkdən başqa bir şey olmadı.

 

XX əsrin masonluğu: səssiz və dərindən

Əgər fikir verdinizsə, bura qədər araşdırdığımız Fransa, Almaniya, Italiya, Rusiya kimi ölkələrdəki mason fəaliyyətinin məqsədi bir sistem dəyişikliyidir. Masonluq dini qurumların, dini inancların ləğv edildiyi "yeni sistem" qurmağı qarşısına məqsəd qoyub, buna görə də dinə yaxın olan monarxiyaları yıxmağa çalışıb. Əksər Avropa ölkələrində masonluq dinə qarşı çıxanların görüş yeri olub, sui-qəsd, inqilab qərarlarının verildiyi mərkəzə dönüb. 1789-cu ildə Böyük Fransа inqilabından XX əsrə qədər irili-xırdalı xeyli üsyan, sui-qəsd, toqquşma baş verib ki, onların da əksəriyyətində mason izi var.


Ingilis tarixçisi Maykl Hovarda (Miohael Howard) görə, mason lojaları XIX əsrin ikinci yarısında Avropada qalan iki önəmli imperiyanı - Avstriya-Macarıstan və Rusiyanı çökdürmək üçün səylərini artırmışdılar və I Dünyа mühаribəsi ilə bu məqsədlərinə çatıblar. Başqa sözlə desək, masonluq XX əsrin əvəllərində "mövcud sistemi yıxmaq" hədəfinə əsasən çata bilib. Ona görə də, XX əsr artıq masonluq üçün "sistem yıxmaq" əsri olmayıb. Önündə daha əngəl qalmadığını düşünən masonluq siyasi qruplaşmalara, inqilab hazırlıqlarına, üsyanlara, sui-qəsdlərə getməkdən daha çox, öz fəlsəfəsini cəmiyyətə yaymaq yolunu seçib. Masonluğun materializm, humanizm və təkamül təlimi üzərində qurulan fəlsəfəsi elm, sənət, media, ədəbiyyat, musiqi və hər cür populyar mədəniyyət vasitələri ilə cəmiyyətə çatdırılıb. Bu təbliğatı aparmaqla masonluq cəmiyyəti ani çevrilişlə deyil, uzun müddətə və tədricən ilahi dinlərdən döndərilərək, özünə tərəf çəkməyi planlaşdırır. Amerikalı bir mason bu niyyəti belə ifadə edib: "Masonluq səssiz şəkildə çalışır. Fəqət bu, səssiz şəkildə okeana doğru axan dərin bir çayın irəliləyişi kimidir".


ABŞ-ın Corciya ştatının "böyük ustad" dərəcəli masonlarından biri olan C.U.Teylor (Y.W.Taylor) isə eyni mövzuda bunları deyir: "Köhnə anlayışların yeniləri ilə əvəzlənməsi heç də həmişə asan başa düşülə bilməz. çünki insanlar uzun illər şüurlarında yerləşən prinsiplərdən аsаnlıqlа əl çəkə bilmirlər. Ancaq son anda uyğun şərtlər yaranır və əlverişli mühit meydana gəlir, o zaman gizli gerçəklər həyata keçirilir. Beləcə, bütün insanlar böyük bir ortaq hədəfə doğru yönəldilir və həmin böyük hədəflərə çatmaq üçün bütün dövlətlər sanki bir insan kimi hərəkət edirlər. Masonluğun bəşəriyyət üzərindəki təsiri bu prinsiplə gerçəkləşməkdədir. Səssiz və gizli çalışır, amma çoxtərəfli əlaqələri sayəsində cəmiyyətin bütün təbəqələrinə, boşluqlarına nüfuz edir. Masonluğun əsərlərini görənlər heyrətə gəlirlər, amma onun mənbəyinin nə olduğunu bilmirlər.


çikaqo Böyük Lojasının nəşr etdirdiyi "Voioe" (Səs) dərgisinə görə isə, "Masonluq səssiz, amma qəti və sərt şəkildə insan cəmiyyətinin gələcəyini qurur".


Masonluğun bu səssiz, amma dərindən işləyən strategiyasının ən əsas cəhəti odur ki, həmin işi görən masonlar bunu masonluq naminə etdiklərini heç vaxt açıqlamır və boyunlarına almırlar. Onlar fərqli sifətlərlə, fərqli məqamlarda masonluğun fəlsəfəsini elə masonluğun öz köməyilə cəmiyyətin şüuruna yeridirlər. Türk lojalarının böyük ustadlarından biri Xəlil Mülküsün bildirdiyinə görə, "Masonluq əgər sadəcə masonluq kimi ortaya çıxsa, heç nə edə bilməz. Masonluq fərdləri yönləndirir, yetişdirir. Bu fərdlər isə alimlər, siyasətçilər, dövlət adamları, həkimlər, vəkillər və başqalarıdır. Onlar olduqları yerlərdə masonluğun fikirlərini cəmiyyətə yaymağa çalışırlar".


Hərçənd, biz artıq bilirik ki, masonluğun cəmiyyətə yaymağa çalışdığı bu fikirlər boş yalanlardan başqa heç nə deyildir. Masonluq Qədim Misir, Qədim Yunanıstan, Kabbala kimi bütpərəst mədəniyyətlərin xurafatlarına söykənən fəlsəfəsini "elm və ağıl" etiketi ilə bəzəyib, insanlara təlqin etməyə, bununla da onları aldatmağa çalışır. Qloballaşma dövründə "Qlobal Masonluğ"un gördüyü iş budur.


Bu aldanışın nəticələri isə göz önündədir. Masonluğun XVIII və XIX əsrlər boyu həyata keçirdiyi "kütlələri dinsizləşdirmə" proqramı irqçilik, faşizm, kommunizm kimi qanlı ideologiyaların ortaya çıxmasına səbəb olmuşdu. Sosial Darvinizmin yayılması insanları "sağ qalmaq uğrunda yarışan heyvanlara" çevirmiş, XIX əsrin ikinci yarısı və XX əsrdə bunun qanlı nəticələri özünü göstərmişdi. I Dünya mühаribəsi də darvinist təlqinlər nəticəsində müharibəni və qan tökməyi "bioloji zərurət" kimi qəbul edən Avropa liderlərinin əsəridir. Bu savaşda 10 milyon insan boş-boşuna ölümə göndərildi. Onun ardınca gələn II Dünya Savaşı da masonluğun səpdiyi dinsizlik toxumlarının cücərtisi olan faşizm və kommunizm kimi totalitar ideologiyaların nəticəsi olub və düz 55 milyon insan həyatına son qoymuşdur. XX əsr ərzində dünyanın dörd bir tərəfində bаş verən və zülm yaşadan toqquşmalar, ədalətsizlik, istismar, aclıq, əxlaqi degenerasiya və bu kimi bəlalar dinsiz fəlsəfə və ideologiyaların məhsuludur. (Ətraflı bilgi üçün baxın: Harun Yəhya, "Darvinizmin insanlara gətirdiyi bəlalar").

 

Qısası, masonluğun fəlsəfəsi çox acı meyvələr verib. Başqa cür ola da bilməzdi, çünki bu, ilahi bir qaydadır: tarix boyu Allahın dinini rədd edən bütün qövmlər özlərini fəlakətə sürükləyiblər. Elə bütpərəstlərin müasir təmsilçisi olan masonluq isə özü ilə birlikdə bütün bəşəriyyəti fəlakətə doğru sürükləyir. O səbəbdən də insanlığı bu fəlakətdən qorumaq, Bədiüzzamanın ifadəsilə desək, "maddiyyun və təbiyyun taununun" (maddəçilik və təbiətçilik xəstəliyinin) təlqinlərini qırmaq, bu yolla da kütlələrin imanını qurtarmaq gərəkdir.

Geri