Mason ehkamçılığı

Post Title

Ehkamçılıq (doqmatizm) - doğruluğuna dair heç bir arqument olmayan fikri psixoloji səbəblərdən İsrarla və kor-korаnə müdafiə etməkdir. Ehkamçılar (doqmatiklər) öz inandıqları fikri qeyd-şərtsiz, sübutsuz qəbul edir və müzakirəyə çıxarmırlar. Masonlar və dinə qarşı çıxan digər qruplar həmişə dindarları ehkamçılıqda suçlayıblar. Bu ittihamlar indinin özündə də davam edir. Məsələn, təkamül nəzəriyyəsi ilə bağlı mübаhisələrdə təkamülçülər bu təlimi qəbul etməyənləri ehkamçılıqda günаhlаndırır, elmin doqmatizmi yaxına buraxmadığını bildirərək, özlərini elmli elan edirlər. Halbuki bu, saxtakarlıqdan başqa bir şey deyildir. çünki Allahın varlığına və Onun bütün həyаtı yaratmasına inanmaq elmi sübutlara əsaslanan bir inancdır - təbiətdə möhtəşəm bir tarazlıq, sistem və layihələndirilmə var ki, onun şüurlu şəkildə qurulduğu açıq-aşkardır. Elə Qurani-Kərimdə də insanlar Allahın varlığına inanmağa çağırılarkən, bu sistem tarazlıq üzərində düşünməyə dəvət edilir. Bir çox ayələrdə Allahın göylərdəki və yerdəki dəlilləri üzərində düşünmək əmr olunur. Ayələrdə diqqətə çatdırılan bu dəlillər kainatdakı tarazlıq və düzən, dünyanın insan yaşamına uyğun yaradılması, bitki və heyvanların optimal quruluşu, insanın ruhi özəllikləri kimi məsələlərdir ki, çağdaş elm bütün bu sahələrdə Allahın varlığını göstərən açıq sübutlar ortaya qoyur. (Ətrаflı məlumаt üçün Harun Yəhyanın "Allah ağılla tanınır", "Kainatın yaradılışı", "Möcüzələr zənciri", "Həyatın gerçək mənşəyi", "Düşünən insanlar üçün" kitablarına baxın.)


Əsil doqmatizm isə bütün bunları görməzliyə vuraraq, Allahı inkar edən, kainatın və canlıların təsadüflər nəticəsində yarandığını deyib duran inkarçılara aiddir. Masonlar eynilə bu cür hərəkət edirlər. Allahın varlığının dəlillərini aşkar görmələrinə rəğmən, humanist və materialist fəlsəfə uğrunda bütün bunları rədd edir, görməzliyə vururlar. Allah Quranda o cür insanlardan belə bəhs edir:


“Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmə, nə bir doğru yol göstərən rəhbərə, nə də bir nurani kitaba əsaslanmadan Allah barəsində mübahisə edir. Onlara: "Allahın nazil etdiyi Qurana tabe olun!", - deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!", - deyə cavab verərlər. Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırırsa, necə? Yenədəmi həmin yolla gedəcəklər?” (“Loğman” surəsi,   20-21).

Ayədə inkarçıların Allahın dəlillərini görə-görə Onun dininə qarşı savaşdıqları bildirilir. Bunun səbəbi isə həmin inkarçıların "atalarının inandıqları şeylərə inanmaları", yəni kor-koranə bir ənənəni davam etdirmələridir. Bu "ənənə" anlayışının kitabın əvvəlindən bəri incələdiyimiz mason tarixi və fəlsəfəsilə çox sıx bağlı olduğunun fərqinə vardınızmı? Bəli, masonluq ənənəçiliklə olduqca sıx bağlıdır. çünki masonluq min illər əvvəl bütpərəstlikdən qаynаqlаnаn bir ənənə şəbəkəsindən başqa heç nə deyildir. Onlar Qədim Misir fironlarının, fironların sehrbazlarının, Qədim Yunanıstanın materialist filosoflarının, hermetiklərin, kabbalaçıların, tampliyerlərin, gül-xaçlıların və özlərindən əvəlki digər mason dərnəklərinin ənənələrini kor-koranə davam etdirirlər. Günümüzün mason lojalarında hələ də min illər əvvəlki əfsanələr, simvollar, kəlmələr işlədilir. Masonlar hamısı yüksək təhsil görmüş insanlar olmalarına, cəmiyyətin yüksək təbəqələrindən gəlmələrinə rəğmən, əllərinə ulduzlu qılınclar, quru kəllələr alır, Qədim Misir dilində sözlər mırıldanaraq, Qədim Misir paltarları geyir, əcaib, qəribə mərasimlər keçirirlər. Masonluğun nə olduğunu bilməyən insan lojaya girsə, tragikomedik tamaşa səhnəsinə düşdüyünü zənn edəcək, gözləri bağlı, boyunda ip gəzdirən, bir ayağı yalın gəzişən masonu görəndə isə bəlkə də, gülməkdən uğunub gedəcək. Amma öz dünyalarına qapılıb yaşayan masonlar bu qəribəlikləri çox normal qarşılayır, lojaların mistik atmosferində psixoloji rahatlıq duyur, sonra da oturub bir-birlərinə "atomların ruhu var, onlar bir araya gəlib, canlıları yaradırlar", "dünya maqmanın görünməz zəkası nəticəsində yarandı", "Ana Təbiət bizləri nə gözəl yaradıb" kimi xürafatlar danışır, üstəlik, bunlara da inanırlar. Sadəcə ənənələri qorumaq üçün baş verən bütün bu komediya o qədər böyük bir zırramalıqdır ki, belə bir fikir sisteminin hələ də yaşadılmasına ancaq heyrətlənmək olar.


Masonların öz ənələrinə kor-koranə bağlılıqları onların böyük əhəmiyyət verdikləri "landmark" anlayışında ortaya çıxır. İngilis kəlməsi olan "landmark" tarixi önəm və mənanı simvollaşdıran quruluş anlamına gəlir. Mason leksikonunda isə "landmark"lar təşkilatın qurulduğu gündən bəri dəyişmədən gələn qaydalardır. Bəs onlar niyə heç dəyişməyib?


Masonların bu suala çox maraqlı cavabları var. "Memar Sinan" dərgisinin 1992-ci ildə çıxan saylarının birində bununla bağlı yazılıb:
“Masonluğun landmarkları çox qədimdən gələn qanunlardır. Onlar dövrdən-dövrə, nəsildən-nəslə keçib. Heç kim onların nə zaman ortaya çıxdığını bilmir. Kimsənin onları dəyişdirməyə və ya ləğv etməyə haqqı yoxdur. Onlar cəmiyyətin yazılı və yazılmamış qanunlarıdır. Yazılı olmayan landmarklar heç bir başqa yerdə öyrənilməsi mümkün olmayan loja ritualları və təlimləridir. Yazılı landmarklar isə altı dənədir və ilk dəfə 1723-cü ildə Böyük Britаniyаdа qəbul edilmiş Konstitusiyadа "Azad masonun mükəlləfiyyətləri" başlığı altında oxunula bilər”.


Gəlin, bu sözləri ağıl süzgəcindən keçirərək, düşünək: ortada masonluq adlı təşkilat var. Onun üzvləri əsrlərdir ki, kim tərəfindən qəbul edildiyi bəlli olmayan qaydalara əməl edirlər. Özü də qəti olaraq bu fikirdədirlər ki, həmin qaydaları heç kim dəyişdirə bilməz. Və aralarından heç kim "niyə bütün bunlara əməl edirik" deyə soruşmur!.. Üstəlik, bu əcaib mərasimlərə əməl etmək uğrunda elmi kəşfləri də görməzliyə vururlar. Belə bir icmanın "elm və ağıl" yolunda olduğuna inana bilərsinizmi?


Yuxarıda sitat gətirdiyimiz məqalənin başqa bir yerində isə bir masonun landmarklara "soruşmadan itaət etmə" yanaşması belə izah olunur: "Mənim üçün landmark masonluğun o qədər qədimdən mövcud olan bir hissəsidir ki, nə lojada olаn, nə də azad mason olaraq davranışımla bağlı onun haradan gəldiyini heç düşünməmişəm; mən heç bir narahatlıq duymadan onunla yaşayıram".
Haradan gəldiyini heç düşünmədikləri qaydalara inanan və bunlarla yaşayan insanlardаn ibаrət dərnəyi "ağıllı" saya bilərsinizmi?

 

Şübhəsiz, masonluğun "ağıllı və elmli" olmaq iddiası tamamilə boşdur. Onlar da digər materialistlər kimi daim "elm və ağıl" kəlmələrini işlətmələrinə rəğmən, əslində, heç bir məntiqi və elmi əsası olmayan fəlsəfəni müdafiə edir, elmin ortaya qoyduğu gerçəklərə isə göz yumurlar. Bu durum onu göstərir ki, masonluq insanları Allaha iman gətirməkdən uzaqlaşdıran, onları boş qaydalar, xurafatlar, əfsanələrlə aldadıb, yanlış yola salan bir yalan şəbəkəsidir. Quranda Allahı qoyub, Günəşə səcdə edən bütpərəst Səba qövmü ilə bağlı deyilən "Şeytan onları yoldan azdırıb, ona görə də hidayətə qovuşa bilmirlər" (“Nəml” surəsi, 24) sözləri masonluq üçün də keçərlidir. Masonlar ulduzlu simvollarla, mistik inanclarla bəzənən köhnə bir təlimə görə Allahın dinini rədd edirlər. Özü də təkcə rədd etməklə kifayətlənmir, həm də dinə qarşı savaş aparırlar. Və bu savaş çox uzun bir müddətdir ki, davam edir.

Geri

Mövzular