Mövzular

Materializmin pərdəarxası

Post Title

Kitabın ilk bölümündə Qədim Misirdəki firon rejimindən söz açmış və bu rejimin fəlsəfi dayaqlarının ən əsas məqamlarına toxunmuşduq. Artıq bilirik ki, Qədim Misirdə materialist dünyagörüşü hakim idi, yəni onlar maddənin əzəli və əbədi olduğuna, yaradılmadıqlаrına inanırdılar. Bununla bağlı mason yazarları Kristofer Nayt (Ohristopher Knight) və Robert Lomasın (Robert Lomas) "The Hiram Key" (Hiram Açarları) adlı kitabından gətirdiyimiz sitatı yenidən xatırladaq:


"Qədim Misirdə maddənin əbədi olduğuna inanırdılar. Bir Yaradıcının heçlikdən hər şey yaratdığını düşünmək onlara məntiqsiz görünürdü. Onların fikrincə, dünya xaosun içindən düzənin doğması ilə yaranmışdı. Bu xaosu onlar da şumerlər kimi "Nun" adlandırırdılar. Nun - qaranlıq, su dolu bir dərinlikdi, bu dərinliyin öz içində bir gücü vardı və bu yaradıcı güc düzənin formalaşmasını əmr etmişdi... Xaosun içindəki həmin güc öz varlığının fərqində deyildi. O, qarışıqlığın təsadüfən əmələ gətirdiyi bir potensial idi..."


Bəli, Qədim Misirdəki bu məntiqsiz fikirlərlə dövrümüzün materialist nəzəriyyələri arasında xeyli bənzərlik var. Bunun gizli, amma çox önəmli bir səbəbi isə Qədim Misir inanclarını mənimsəyən və bu günümüzə qədər yaşadan, bundan sonra da yaşatmaq istəyən bir təşkilatla bağlıdır - masonlarla...

 

Masonlar və Qədim Misir

Qədim Misir sivilizasiyası süqutа uğrаyаndаn sonra da onların materialist fəlsəfəsi yaşamaqda davam etdi. Bəzi yəhudilər bu fəlsəfəni Kabbala təliminin içində yaşatdılar. Digər tərəfdən, bəzi yunan filosofları da bu düşüncəni əsas götürdülər və "Hermetizm" adlanan qədim yunan təliminə dахil etdilər. “Hermetizm” anlayışı Qədim Misir inancındakı xəyali tanrılardan biri olan "Sot"un Yunanıstandakı alternativi Hermesin adından gəlir. Başqa cür desək, “Hermetizm” - Qədim Misir fəlsəfəsinin Qədim Yunanıstandakı alternatividir. Artıq tanıdığımız ustad mason Səlami Işındağ bu fəlsəfənin mənşəyini belə izah edir:


“Qədim Misirdə Hermetizm inanc sistemini əmələ gətirən bir təriqət var idi. Masonluğun da ona bənzər tərəfləri mövcuddur. Məsələn, müəyyən səviyyəyə çatmış insanlar gizli toplantılarda xüsusi ayinlər yerinə yetirir, öz fikirlərini açıqlayır, daha aşağı dərəcəli üzvlərini öyrədirlər. Yunanıstan hermetikləri də belə idilər və onların başında böyük alim-filosof Pifaqor dururdu. Qədim Misir təlimlərindən qаynаqlаnаn Iskəndəriyyə məktəbi və Qədim Yunanıstandakı Neoplatonizm kimi təşkilatlar da quruluş və üzvlərinin davranışları bахımındаn mason ritlərinə çox bənzəyirlər.


Işındağ masonluğun mənşəyində Qədim Misir faktorunun təsirini daha açıq şəkildə belə ifadə edir: "Franmasonluq ictimai və ideoloji bir quruluşdur. Kökləri də Qədim Misirə qədər gedib çıxır".


Digər mason nüfuzluları da masonluğun Qədim Misir və Qədim Yunanıstan kimi bütpərəst sivilizasiyaların gizli dərnəklərindən qаynаqlаndığını bildirirlər. Türk masonlarının böyüklərindən olan Cəlil Layiqtez "Memar Sinan" dərgisində dərc olunan "Masonluğun sirri nədir, nə deyildir?" sərlövhəli məqaləsində belə yazır:


“Qədim Misir, Yunan və Roma sivilizasiyalarında müəyyən bir elm, "qnos" və ya gizli məktəblərdə öyrədilən biliklər sistemi olurdu. Bu gizli məktəblərin tələbələri ancaq uzun araşdırmalardan sonra qəbul edilirdilər. Həmin tədris ocaqlarının arasında birinci olan "Osiris" məktəbi Osirisin doğuluşu, yenitməlik illəri, qaranlığa qarşı mübarizəsi, nəhayət, ölümü və təkrar doğuluşunu öyrədirdi. Bu mövzular həmçinin mərasim tamaşaları şəklində kahinlər tərəfindən oynanılır və beləliklə, çeşidli rəmz və ritualların təsiri daha da artırılırdı. Bütün bunlar illər sonra "masonluq" adı altında davam edəcək bir qardaşlıq sisteminin ilk halqaları idi. Belə qardaşlıqlar daim eyni ideallar çərçivəsində qurulub, təzyiqlər altında öz varlıqlarını gizlincə qoruyub, adlarını, şəkillərini dəyişdirə-dəyişdirə, ancaq qədim rəmzlərə sadiq qala-qala müasir dövrə qədər gəlib yetişiblər. Onlar cəhlin qəzəbindən qurtula bilmək üçün birləşib, sistemləşiblər, öz məslək qaydalarını müəyyənləşdirən Operativ Masonluğa sığınaraq, onun ideoloji əsasını qoyublar və beləcə, müasir Spekulyativ Masonluğun formalaşmasına təsir göstəriblər”.


Layiqtez bu sözlərlə qədim masonların məxfi fəaliyyətə keçməklə guya "cəhl qarşısında" gizləndiklərini göstərir. Sаdаlаnаn izahlar bir kənara qoyularsa, gətirdiyimiz sitatdan masonların Qədim Misir, Qədim Yunanıstan və Qədim Roma kimi bütpərəst sivilizasiyalarda qurulan dərnəklərin dövrümüzə gəlib çıxan nümayəndələri olduqları anlaşılır. Bu üç sivilizasiyanın arasında ən qədimi və digərlərinə öncüllük edəni, təbii ki, Misirdir. Buna görə, masonluğun əsası da elə oradan başlayır (Həmin bütpərəst adətlərlə müasir dövrümüz arasındakı əsas bağın tampliyerlər olduğunu artıq bilirik). Bu yerdə bir daha təkrarlayaq ki, Allah Qurani-Kərimdə Qədim Misirdəki quruluşu "inkarçı sistem" adlandırır. Xüsusilə də Misirin hakimləri olan fironlar və onların yaxın ətrafı bir çox ayələrdə zalım, ədalətsiz, azğın insanlar kimi təsvir edilirlər. Misir xalqı da bu sistemi qəbul etmiş, fironu və digər saxta "ilahi"lərı mənimsəyərək yolundan azmış bir qövm olmuşdur. Amma bu gerçəyin qarşılığında masonlar həm öz köklərinin Qədim Misirdən olduğunu deyir, həm də Qədim Misirin təqdirəlayiq cəmiyyət modeli olduğunu bildirirlər. "Mimar Sinan" jurnаlındа nəşr olunаn bir məqalədə Qədim Misir bütpərəst inanclarının təqdir olunması və eyni zamanda "mason məsləyinin mənşəyi" kimi təqdim edilməsi diqqətçəkicidir:


"...Misirlilər Heliopolis (Günəş şəhəri) və Memfis şəhərlərini qurmuşdular. Mason əfsanələrinə görə, bu iki şəhər elmin, yəni mason təbirinə görə, nuru-ziyanın qaynağı olub. Heliopolisi ziyarət edən Pifaqor oradakı məbəddən ustalıqla danışır. Memfis məbədi isə tarixi əhəmiyyətə malikdir. Teb şəhərində yüksək səviyyəli məktəblər vardı. Pifaqor, Platon və Siseron mason məsləyinə bu şəhərlərdə qovuşmuşdular”.


Mason qaynaqlarında Qədim Misirin zalım başçıları olan fironlara da təqdirlə yanaşılır. Məsələn, elə həmin "Memar Sinan" dərgisində çap olunan digər bir məqalədə belə yazılıb:


"Fironun başlıca vəzifəsi NURu aramaqdır. Gizli Nuru daha canlı və daha qüvvətli bir surətdə ucaltmaqdır. Necə ki, biz masonlar Süleyman məbədini inşa etməyə çalışırıq, eləcə də qədim misirlilər ehramı, yəni Nur Evini tikməyə çalışırdılar. Qədim Misir məbədlərində yerinə yetirilən ayinlər müəyyən dərəcələrə ayrılırdı. Onlar əsasən iki qismə bölünürdü - kiçik və böyük dərəcələr. Kiçik dərəcələr bir-iki-üç deyə ayrılmışdı, bundan sonra isə böyük dərəcələr gəlirdi”.


Buradan anlaşılır ki, Qədim Misir fironları ilə masonların aradıqları və "nur" dedikləri nəsnə eynidir. Başqa cür desək, masonluq - firon dövründəki fəlsəfənin çağdaş təmsilçisidir. Bu fəlsəfənin nə olduğunu isə Allah Quranda Firon və qövmü üçün işlətdiyi "Gerçəkdən də, onlar yolunu azmış bir qövmdürlər" (“Nəml” surəsi,  12) ifadəsilə göstərir. Digər ayələrdə isə Misirin inkarçı sistemi belə təsvir edilir:

 

“Firon öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, altından axan bu çaylar mənim deyilmi? Məgər mənim qüdrətimi görmürsünüzmü? Beləliklə, öz qövmünü yelbeyin, yüngül yerinə qoydu, onlar da itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər” (“Zuxruf” surəsi, 51-54).

Geri