Mövzular

"Aydınlanma" və təkamül xurafatının açığa çıxması

Post Title

"Gül-Xaç", yaxud "İxvanüssəfa" kimi mason təşkilatları tərəfindən mənimsənilən və gizli şəkildə, çox vaxt simvollar yolu ilə ifadə edilən materialist-təkamülçü düşüncələr Avropada katolik kilsənin sosial gücünün zəifləməsilə aşkara çıxmağa başladı. Beləcə, хristianlıq tərəfindən təxminən 1000 il boyunca sıxışdırılan dinsiz təlimlər qol-qanad açmağa başladı, XVII və XVIII əsrlərdə Avropa filosofları arasında geniş yayıldı. Bu dövr "aydınlanma dövrü" adlanır. Şübhəsiz ki, bu termini seçənlər özləri də həmin dinsiz fikirlərin tərəfdarı olublar. Onlar daha öncəki dönəmi "qaranlıq dövr" kimi qələmə verərək, bunun məsuliyyətinin dinin üzərinə düşdüyünü bəyan ediblər və Avropanın dindən uzaqlaşdıqca "aydınlandığını" bildiriblər. Bu səfeh bölgü indinin özündə də din düşmənlərinin əlində əsas arqumentlərdən biridir.


Əslində isə "aydınlanma" Qərbə yaxşı heç nə gətirməyib. Onun ən əsas mərhələsi Fransada baş verib və nəticədə, bir müddətdən sonra Böyük Fransа inqilabı ölkəni qan gölünə çevirib. Məşhur ingilis filosofu Edmund Börkün (Edmund Burke) Fransa inqilabı və "aydınlanma" dövrü ilə bağlı analizləri olduqca maraqlıdır. O, 1790-cı ildə nəşr etdirdiyi "Refleotions on the Frenoh Revolution" (Fransız inqilabı haqqında düşüncələr) adlı məşhur əsərində həm "aydınlanmanı", həm də onun meyvəsi olan Fransа inqilabını kəskin tənqid edir, bu olayların cəmiyyəti birləşdirən din, əxlaq, ailə quruluşu kimi təməl dəyərləri məhv etdiyini, terrora və anarxiyaya zəmin hazırladığını vurğulayır, "aydınlanma"nı "insan ağlını parçalayan hərəkət" adlandırır.


Bu parçalayıcı hərəkətin liderləri isə masonlardır. Fransа inqilabını hazırlayan Volter, Didro, Monteskye kimi şəxslərin hamısı mason olub. Fransа inqilabına liderlik edən yakobinçilər də masonlarla sıx əlaqədə olublar. Belə ki, bəzi tarixçilər hətta yakobinçilik ilə masonluğu bir-birindən ayırmağa çətinlik çəkirlər. (Bax: Harun Yəhya, "Yeni Mason Sistemi", 1996)


Fransа inqilabı zamanı dinə qarşı çox ciddi düşmənçilik siyаsəti aparılıb. Xeyli din adamı gilyotinə göndərilib, kilsələr xaraba qoyulub, хristianlıq tamamilə ləğv edilərək, əvəzində "Ağıl dini" adlandırılan səfeh bir "din" təbliğ olunub. İnqilaba liderlik edənlərin özləri də sonda bu çılğınlığın qurbanı olaraq, minlərlə insanı göndərdikləri gilyotində edаm olunublаr. Qeyd edək ki, Böyük Fransа inqilabı ilə bağlı mübahisələr bu günün özündə də davam edir.

 

Fransа inqilabından sonra din əleyhdarlarının dalğası sürətlə bütün Avropanı bürüyərək, XIX əsr din düşmənlərinin ən aqressiv dövrü kimi tarixə düşüb. Və elə bu zaman da əsrlərlə gizlində qalan materialist-təkamülçü fikirlər meydana atılıb. Didro, Baron Holbax kimi materialistlər dinə qarşı bayraq qaldırarkən, elm dünyasında Qədim Yunanıstanın təkamül əfsanəsi ortaya çıxıb.

Geri