Mövzular

Masonluğun bütpərəstlik fəlsəfəsi

Post Title

Bura qədər öyrəndiklərimizdən artıq bilirik ki, masonluq - Qədim Misirin paqan (bütpərəst) təliminin mirasıdır, onun bütün simvol və anlayışları da elə burada gizlənir. Bu səbəbdən də masonluq ilahi dinlərə düşmən kəsilib, humanizm, materializm və təkamül təlimini qəbul edir. Amerikalı tarixçi Maykl Hovard masonluğun ancaq üst dərəcələrində açıqlanan bu sirri belə ifadə edir:


"Nəyə görə xristianlar masonluğa bu qədər sərt yanaşırlar? Sualın cavabı masonluğun "sirr"lərindədir. Əgər bu sirlər cəmiyyətə açıq bildirilsəydi, okultizm və antik dinlərdən baş çıxarmayanların onları anlaması son dərəcə çətin olardı. Əslində, heç sıravi masonların əksəriyyəti belə həmin sirrlərə vaqif deyil. Ancaq masonluğun daha yuxarı dərəcələrinə çatanlar arasında bu işlərdən baş çıxaranlar vardır".


Türk masonlarının qaynaqlarını araşdıranda da yuxarı mərtəbələrdə olаn masonların bəzi təlimlərini digər "qardaş"lardan gizli saxladıqları bəlli olur. Ustad mason Necdət Egeranın qələmə aldığı bir yazıda yüksək dərəcəli masonların bununla bağlı düşüncələri belə ifadə olunur:


"Hətta bəzi masonlar belə masonluğu yarı din, yarı yardımsevər, gözəl sosial münasibətlər quran bir dostluq institutu kimi tanıyır və buna uyğun da hərəkət edirlər. Bəziləri isə hesab edir ki, masonluğun məqsədi yaxşı adamları daha yaxşı etməkdir. Masonlаrın bir qismi isə düşünür ki, masonluq - xarakter formalaşdırmaq üçündür. Xülasə, masonluğun müqəddəs dilini, simvol və alleqoriyalarını bilməyənlər belə fikirlərə düşürlər. Bu təlimin dərinliklərini dərk edən masonlar üçün isə masonluq və onun qayəsi, məqsədləri tаmаmilə fərqlidir. Masonluq bir vasitəçilik, inisiasiya, elmidir. Bu, başlanğıc deməkdir. Masonluq - köhnə yaşayış tərzindən əl çəkib, yeni və daha gözəl bir həyata giriş deməkdir. Masonluğun çox elementar və bəsit simvolizminin arxasında varlığımızın sirlərini öyrənə biləcəyimiz daha yüksək bir iç həyata girməyimizə yardım edən vasitəçilik silsiləsi mövcuddur. Həmin bu iç həyatda və onun girişində tərəqqi və təkamülün şərtlərini öyrənmək mümkün olur".

 

Sitatdan da göründüyü kimi, bəzi aşağı səviyyəli masonlar bu təşkilatı "yardımsevərlik və sosial münasibətlər institutu" zənn etsələr də, masonluq əslində "insanın varlığının sirləri"lə bağlıdır. Yəni masonluğun "yardımsevərlik və sosial münasibətlər institutu" görüntüsü əslində bu təşkilatın gerçək fəlsəfəsini pərdələyən və eyni zamanda simvolik şəkildə ifadə edən kamuflyajdır. Masonluq - müəyyən konkret fəlsəfəni öz üzvlərinə və cəmiyyətə təlqin etmək üçün sistemli şəkildə çalışan bir təşkilatdır. Və onun başda Qədim Misir olmaqla, bütpərəst sivilizasiyalardan əxz etdiyi həmin fəlsəfinin əsas ünsürü də materializmdir.

Geri