Mövzular

Qədim Misirin sehrbazları

Post Title

Fironlar ölkəsi olan Qədim Misir dünya tarixinin ən qədim sivilizasiya ocaqlarından biridir. Qədim Misir quldаr dövləti eyni zamanda dünya tarixinə ən qəddar sivilizasiyalardan biri kimi düşüb. Qədim Misirin günümüzə qədər gəlib çatan abidələri - piramidalar, sfinkslər, ehramlar və s.- yüz minlərlə qulun illər boyu zorla işlədilməsi nəticəsində inşa edilmişdi. Misirin mütləq hakimləri olan fironlar özlərini Tаnrı kimi təqdim etmiş və təbəələrini onlara sitаyiş etməsini istəmişdi.


Qədim Misir haqqında əsas bilgi qaynaqlarının biri və birincisi, əlbəttə ki, Qədim Misir yazılarıdır. XIX əsrdə tapılan bu yazılar uzun çalışmalardan sonra Misir əlifbasının sirrinin açılması nəticəsində oxunmuş və Qədim Misir haqqında xeyli bilgi vermişdi. Amma bu yazılar Misirin rəsmi mirzələri tərəfindən yazıldığı üçün əsasən fironların şəninə təriflə doludur. Qədim Misir haqqında ən dolğun bilgi qaynağı isə əlbəttə ki, Qurani-Kərimdir.


Allah Quranın Hz.Musa ilə bağlı qissələrində Misirdəki sistem haqqında da önəmli bilgilər verir. Ayələrdə deyilir ki, Misirdə iki əsas güc mərkəzi olub: firon və əyanlar. çox zaman əyanlar hətta fironun özünü də nəzarətdə saxlayıblar. Firon əksər hallarda məhz onların istədiyi kimi hərəkət edib. Aşağıdakı ayələr onların fironun üzərindəki təsirini belə izah edir:


"Musa dedi: "Ey firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən bir möcüzəylə gəlmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər". Dedi: "Əgər möcüzəylə gəlmisənsə və doğru danışanlardansansa, onu gətir göstər!" Musa əsasını yerə atdı və o, dərhal aşkar görünən bir əjdaha oldu. Əlini qoltuğunun altından çıxartdı və o, bir anda baxanlara nur kəsildi. Firon tayfasının əyanları dedilər: "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır. O, sizi yurdunuzdan çıxartmaq istəyir!" "Elə isə, tədbiriniz nədir?" - deyə soruşdu. Onlar dedilər: "Musanı qardaşı ilə birlikdə saxla və şəhərlərə yığan adamlar göndər ki, nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!" («Əraf» surəsi, 104-112).


Diqqət yetirsəniz, ayələrdə Firona ağıl verən, onu Hz.Musaya qarşı qaldıran əyanlardan söhbət gedir. Misir tarixini araşdıranda bəlli olur ki, bu əyanlar əsasən iki qisimdən ibarətdir: ordu və kahinlər. Ordunun nəyə görə önəmli olduğunu izah etməyə ehtiyac yoxdur; firon rejiminin əsas gücü məhz ordu idi. Ancaq kahinlərlə bağlı məsələni bir az dərindən аrаşdırmаq gərəkdir.


Qədim Misirdəki kahinlər (və ya rahiblər) Quranda "sehrbazlar" kimi təqdim edilən sinifdir. Firon rejiminin "ideoloji əsaslarını" onlar yaradırdılar. Misir хаlqı onlаrdа xüsusi bir güc və gizli elm olduğuna inanırdılar, kahinlər də məhz bu yolla Misir xalqına təsir göstərib və onları firona boyun əyməyə təhrik edirdilər. Misir qaynaqlarında "Amon kahinləri" kimi təqdim edilən bu sinif astronomiya, riyaziyyat, həndəsə kimi elmlərlə yanaşı, sehrbazlıq kimi batil işlərdə də mahir olublаr. Onlar gizli bir elmə sahib olduqları düşünülən təriqətdirlər, belə təşkilatlar "ezoterik təşkilatlar" adlanır. Türk masonlarının nəşrlərinin biri olan “Mason” jurnalında masonluğun kökünün belə ezoterik təşkilatlar olduğu bildirilir və bu zaman xüsusilə Qədim Misir kahinlərindən bəhs edilir:


“İnsanların şüuru inkişaf etdikcə elmləri artırdı, elm artdıqca da ezoterik sistemin içində saxlanılan mövzular genişlənmişdir. Bu inkişaf zamanı əslində Şərqdə çindən və Tibetdən başlayıb, Hindistan vasitəsilə Mesopatomiya və Misirə çatan ezoterik təlimlər oralarda min illərlə davam edərək, xüsusilə Misirdə əsas güc sahiblərindən olan kahinlərin biliklərinin əsasını təşkil edib”.


Yaxşı, bəs Qədim Misir kahinlərinin ezoterik fəlsəfəsinin günümüzün masonları ilə nə əlaqəsi ola bilər? Min illərlə öncə dağılan, Quranda inkara dayanan bir sistemin klassik modeli kimi təsvir edilən, Qədim Misirin günümüzdəki proseslərə bir təsiri varmı?


Bu suala cavab vermək üçün Qədim Misir kahinlərinin kainatın və həyatın mənşəyi haqqındakı fikirlərini nəzərdən keçirmək lazımdır.

 

Qədim Misirdə materialist kainat inancı

İngilis mason yazarlarından Kristofer Nayt (Ohristopher Knight) və Robert Lomas (Robert Lomas) artıq haqqında danışdığımız "The Hiram Key" (Hiram Açarı) adlı kitablarında Qədim Misirin masonluğun mənşəyində çox böyük bir yer tutduğunu bildirirlər. Onların fikrincə, Qədim Misirdən çağdaş masonlara miras qalan ən önəmli düşüncə "təsadüflər nəticəsində özü-özünə yaranan kainat" fikridir. Belə ki, qədim misirlilər kainatın əzəli və əbədi olduğuna inanırdılar. Onlar üçün bir Yaradаnın nəyisə yoxdan var etməsi məntiqdən kənar sayılırdı. Hesab edirdilər ki, dünya xaosun içindən düzənin doğması ilə yaranıb. Bu xaos "Nun" adlandırılırdı; eynilə şumerlərdə olduğu kimi, misirlilər də həmin xaosu qaranlıq, Günəşsiz, sulu bir dərinlik kimi təsəvvür edirdilər; bu dərinliyin öz içində bir gücü vardı, bu yaradıcı güc öz-özünə düzənin başlamasını əmr etmişdi; xaosun içində yerləşən bu gizli güc öz varlığını dərk etmirdi, o, qarışıqlığın təsadüfləri nəticəsində formalaşmış bir potensial idi.19
Əgər diqqət yetirsəniz, bu inanc günümüzün materialist filosoflarının "kainat nəzəriyyəsi", "xaos nəzəriyyəsi", "maddənin öz-özünü yaratması" kimi fikirlərilə son dərəcə uyğun gəlir. Bunu qeyd edən Nayt və Lomas daha sonra yazırlar: "Qəribədir ki, bu yaradılış təsəvvürləri günümüzdəki çağdaş elm tərəfindən qəbul edilən görüşlə, xüsusilə də qarışıq aləmlərin riyazi şəkildə öz-özünü modelləşdirib, təkrarlayaraq, nizam və sistem yaratmasını nəzərdə tutan "xaos nəzəriyyəsi" ilə tam üst-üstə düşür".


Nayt və Lomas Qədim Misir inanclarının "çağdaş elm" ilə uyğun gəldiyini iddia etsələr də, əslində söhbət "təkamül nəzəriyyəsi" və "xaos nəzəriyyəsi" kimi materialist təlimlərdən gedir. Bu nəzəriyyələrin heç bir elmi əsasları olmasa da, son iki əsr ərzində zorla elmlə improvizasiya edilir, elmi görüşlər kimi çatdırılırlar (Bu işin kimlər tərəfindən görüldüyünü isə sonrakı bölümlərdə incələyəcəyik).


Kitabın bu yerində artıq önəmli bir məqama yetişmişik. Görək, bura qədər öyrəndiklərimiz nələrdir:
1) Mövzuya masonluğun təməli sayılan Tampliyerlər Ordenindən başladıq. Dəqiqləşdirdik ki, tampliyerlər bir xristian təriqəti kimi qurulsalar da, Qüdsdə öyrəndikləri gizli təlimlər onlara böyük təsir göstərərək, хristianlıqdan tamamilə uzaqlaşdırmışdı, аzğın ayinlər həyata keçirən mistik təşkilat yаrаtmаlаrınа səbəb olmuşdu.


2) Tampliyerlərə təsir göstərən təlimin nə olduğunu soruşanda isə Kabbala ilə rastlaşdıq.


3) Kabbalaya diqqət yetirəndə bəlli oldu ki, bu təlim nə qədər yəhudi mistikası kimi görünsə də, əslində yəhudilikdən daha qədimə - bütpərəstliyə gedib çıxan bir tarixə malikdir. O, yəhudiliyə sonradan gəlib, köklərini isə Qədim Misirdən götürür.


4) Firon rejimi ilə idarə edilən və tipik bir "inkarçı sistem" olan Qədim Misirdə isə günümüzün materialistlərinin əsas fəlsəfəsi olan "öz-özünə yaranan və təsadüflər nəticəsində formalaşan kainat" fikrilə qarşılaşdıq. Şübhəsiz ki, bütün bunlar təsadüfi deyil və mənalı bir mənzərəni əmələ gətirir. Qədim Misir sehrbazlarının fəlsəfəsinin hələ də yаşаmаsı və bu işdə böyük rol oynamış bir zəncirin (Kabbala-Tampliyerlər-Masonluq) mövcudluğu dediyimiz fikri təsdiqləyir.

 

...Amma, hər bir halda, doğrudanmı, ХVIII əsrdən bugünədək  mövcudluğu dünya tarixinə damğasını vuran, fəlsəfələr, inqilablar, sistemlər quran masonluq Qədim Misir sehrbazlarının mirasıdır?! Bu sualın cavabının daha da açıq şəkildə ortaya çıxması üçün bura qədər qİsaca izlədiyimiz tarixi prosesləri bir az dərindən araşdırmalıyıq.

Geri