Mövzular

Erazm Darvin

Post Title

Təkаmül nəzəriyyəsinin qurucuları deyəndə, öncə ağla gələnlər fransız bioloqu Jan Batist Lamark və ingilis bioloqu çarlz Darvindir. Ehtimаl olunur ki, ilk dəfə təkamül təlimini Lamark ortaya atıb, ancaq bunu yalnız mutasiya anlayışına bağlayaraq yanılıb, Darvin isə təbii seçmə prosesinə əsaslanan ikinci bir təkamül nəzəriyyəsini formalaşdırıb. Amma təkamül nəzəriyyəsinin ortaya çıxmasında çox böyük rolu olan başqa bir şəxs isə arxa plana keçirilir: Erazm Darvin, çarlz Darvinin babası.


Erazm Darvin Lamarkla eyni dövrdə, XVIII əsrdə yaşamış bir ingilisdir. Fizik, psixoloq və şair kimi tanınan Erazm Darvin dövrünün hörmətli adamlardan biri sayılıb. Hətta bioqrafiyasını yazan Desmon Kinq-Hel (Desmon King-Hele) onu "XVIII əsrin ən böyük ingilisi" kimi təqdim etməkdən çəkinməyib.94 Amma bununla belə, Erazm Darvinin olduqca qaranlıq bir həyatı olub.


Erazm Darvin bütün deyilənlərlə yanaşı, Ingiltərənin ən qabaqcıl naturalistlərindən biri olub. Artıq bildiyimiz kimi, naturalizm - materializmin bir qolu olaraq, təbiətin öz-özünü yaratdığını iddia edir. Onun təkamül təlimi də başlanğıcını elə buradan götürürdü. Erazm Darvin bütün canlıların təsadüflər nəticəsində ortaq bir atadan törədikləri fikrini 1780-1790-cı illərdə inkişaf etdirib ki, bu da sonradan təkamül təliminin özülünü təşkil edib. Qurduğu botanika bağında apardığı araşdırmalar zamanı Erazm Darvin bu fikrinə sübutlar axtarıb. O, öz nəzəriyyəsini "Temple of Nature" (Təbiət məbədi) və "Zoonomia" adlı kitablarında açıqlayıb. Digər tərəfdən, 1784-cü ildə bu fikirlərini yaymaq üçün "Philosophioal Sooiety" (Fəlsəfə dərnəyi) adlı bir dərnək qurub.


Illər sonra çarlz Darvin təkamül təlimini ortaya atarkən, ona babasından həm fikri, həm də təşkilati iki miras qalmışdı. Onun nəzəriyyəsi babasının qurduğu özülün üzərində tikilirdi və "Philosophioal Sooiety" bu nəzəriyyənin ən qızğın mıdüafiəçisi idi.


Qİsası, bu gün "təkamül nəzəriyyəsi" kimi tanıdığımız və 150 ildir ki, bütün dünyada təbliğ olunan uydurmanın əsil qurucusu Erazm Darvin olub. Bəs onun özü təkamül nəzəriyyəsi fikrini haradan almışdı? Bu məsələyə marağı nədən doğmuşdu?


Sualın cavabını araşdıranda istər-istəməz Erazm Darvinin masonluğu ortaya çıxır. Özü də o, adi yox, ustad masonlardan biri olub. Şotlandiyanın Edinburq şəhərindəki məşhur Kanongeyt Kiluininq (Oanongate Kilwining) lojasında bu dərəcəyə çatıb.97 O dövrdə Fransa inqilabını təşkil edən yakobinçi masonlarla və dinə qarşı düşmənçiliyi bir nömrəli vəzifə sayan "Mason işığı" təşkilatı ilə də yaxındаn əməkdаşlıq edib.98 Yəni Erazm Darvin Avropada dinə qarşı çıxan mason şəbəkəsinin ən əsas simalarından biri olub.


Erazm oğlu Roberti də (çarlz Darvinin atası) özü kimi yetişdirib və mason lojalarına üzv edib.99 Bu səbəbdən, çarlz Darvinə həm babası, həm də atasından masonluq mirası qalmışdı.

 

Erazm Darvin nəzəriyyəsinin oğlu Robert tərəfindən inkişaf etdirilib, yayılacağına ümid bəsləyirdi. Ancaq həmin ümidləri nəvəsi çarlz doğrultdu. Erazm Darvinin "Təbiət məbədi" bir az geciksə də, məhz çarlz tərəfindən quruldu. çünki çarlz Darvinin təkamül təlimi təbiəti yaradıcı qəbul edən naturalist ehkamların ifadəsindən başqa bir şey deyildi.

Geri