Mövzular

Masonluq humanizmi: insana sitаyiş etmə

Post Title

Masonlar öz əbədiyyatlarında humanist fəlsəfələrini və Ilahi dinlərə qarşı çıxmalarını təfsilаtı ilə izаh edirlər. Onların nəşrlərində bu mövzu ilə bаğlı xeyli açıqlama, izah, şərh və simvollar var. Artıq dediyimiz kimi, humanizm insanın Yaradıcısı olan Allaha arxa çevirməsi və özünü kainatın "ən uca varlığı" kimi görməsidir. Bu, əslində elə insana etiqaddır. Həmin ağılsız inanc ХIV və ХV əsrlərin kabbalist humanistlərindən günümüzün masonlarına qədər davam etdirilir.


ХIV əsrin ən məşhur kabbalist humanistlərindən biri Piko Della Mirandoladır (Pioo Della Mirandola). Onun "Oonolusiones" adlı əsəri Papa VIII Innokenti tərəfindən "kafir və xəstə ağlın sayıqlaması" adlandırılaraq, 1489-cu ildə lənətlənmişdi. çünki Mirandola əsərində "dünyada heç bir şey insana heyran olmaqdan daha üstün deyil" yazmışdı. Kilsə də əslində insana sitаyiş etmədən başqa bir şey olmayan bu düşüncəni küfr kimi dəyərləndirmişdi. Həmin düşüncə gerçəkdən də küfrdür, haqqı inkar edir, çünki əsil heyran olunacaq varlıq Allahdır. İnsan ancaq Onun əsəri, itaətkar bəndəsi olaraq dəyərə malikdir.


Günümüzün masonları isə Mirandolanın qapalı şəkildə ifadə etdiyi insana sitаyiş etməni açıq-aşkar ortaya qoyurlar: “İbtidai cəmiyyətlər aciz idilər, dolayısı ilə, ətraflarındakı qüvvələri və hadisələri ilahiləşdirirdilər. Masonluq isə insanı ilahiləşdirdi".


Mason yazarı Menli P.Holl (Manly P. Hall) tərəfindən qələmə alınan "The Lost Keys of Freemasonry" (Masonluğun itmiş açarları) adlı kitabında isə masonluğun humanist doktrinasının Qədim Misirdən qаynаqlаndığını belə açıqlayır:


“Misirin mistik əfsanələrində olduğu kimi, insan bir tanrıdır. Hər şeyi qorumağa qadir işığı parlayanda isə üçlü tanrılıq tacı qazanır və ustad masonların cərgəsinə qoşulur. Onlar mavi-qızılı rəngli cübbələrinin içində mason lojasının üçlü işığı ilə gecənin qaranlığını aydınlatmağı hədəfə alıblar”.


Yəni masonların batil inancına görə, insan bir ilahidir, ancaq yalnız ustad mason olanda gerçəkdən bu zirvəyə yetişir. Ustad mason olmağın yolu isə Allaha inanmaqdan və Onun qulu olmaq şüurundan tamamilə uzaqlaşmaqdan keçir. Bu gerçək digər araşdırmaçı C.D.Bakın (Y.D.Buok) "Mystio Masonry" (Mistik Masonluq) adlı kitabında belə vurğulanır: "Masonluğun qəbul etdiyi yeganə tanrı insanlığın özüdür. Dolayısı ilə, insanlıq qavramı masonluqdakı tək tanrıdır".


Göründüyü kimi, masonluq bir növ dindir; amma ilahi din deyil, humanist və dolayısı ilə, batil bir dindir. Allaha deyil, məhz insanlığa sitаyiş edir. Masonluğun qaynaqları bunu İsrarla vurğulayırlar. Türk Mason dərgisindəki bir yazıda "...Daim təqdir edirik ki, masonluğun yüksək idealı Humanizm doktrinasındadır", - deyə bildirilir.43 Bu doktrinanın özlüyündə din olduğu isə yenə də türk masonlarına aid bir qaynaqda belə vurğulanır: "Qəti şəkildə bəyan edilmiş dini ehkamlardan uzaq, fəqət həqiqi bir din, beləcə də həyatın mənası olan humanizm gənclərin bütün arzularını həyata keçirəcəkdir".

 

Bəs masonlar inandıqları bu batil dinə necə xidmət edirlər? Bunu görmək üçün masonların cəmiyyətə verdikləri mesajların anlamını bir az da dərindən incələmək gərəkdir.

Geri